Accessibility links

Azərbaycanda Elmlər Akademiyası, fövqəladə hallar, ekologiya, hidrometeorologiya, su, balıqçılıq işçilərinin əmək haqları artıb   


Bu gün prezident İlham Əliyev fevral ayının 1-dən Milli Elmlər Akademiyasının dövlət büdjəsindən maliyyələşən elmi və elmi-tədqiqat müəssisələrinin işçilərinin vəzifə maaşlarının 50 faiz artırılması barədə sərəncam imzalayıb. Dövlət başçısı həmçinin fevralın 1-dən Fövqəladə Hallar Nazirliyinin, rayon və şəhər səfərbərlik qurumlarının, ekologiya, hidrometereologiya, su, meşə və balıqçılıq təsərrüfatlarının büdjədən maliyyələşən əmakdaşlarının əmək haqlarının 25% artırılması barədə sərəncam verib.
XS
SM
MD
LG