Accessibility links

Azərbaycan, Gürcüstan, Ukrayna, Litva, Latviya və Polşa prezidentləri birgə bəyanatla çıxış edib


Azərbaycan, Gürcüstan, Ukrayna, Litva, Latviya və Polşa prezidentləri Vilnüsdə keçirilən enerji sammitinin ilk gününün nəticələri ilə əlaqədar mətbuat üçün birgə bəyanatla çıxış ediblər. Bu barədə Azərbaycanın APA agentilyi məlumat yayıb. Agentlik hazırda Vilnüsdə olan Litvanın Azərbaycandakıi səfiri Kyastutis Kudzmanasa istinadən bildirir ki, prezidentlər bəyanatda müasir reallıqlar fonunda enerji təhlükəsizliyinin çox vacib məsələ olduğunu bildirib. Bəyanatda deyilir ki, forum hər hansı ölkəyə, o cümlədən Rusiyaya qarşı yönəlməyib: “Enerji sahəsində yeni tərəfdaşların tapılması enerji resurslarından siyasi təzyiq vasitəsi kimi istifadəsinə deyil, enerji bazarında sağlam rəqabət atmosferi yaratmağa imkan verəcək. Odessa-Brodı layihəsi və bu kəmərin Avropaya kimi uzadılması çox perspektivlidir”. İmzalanan bəyanatda dövlət başçıları Nabucco kəmərinin vacibliyini, Xəzər regionunun enerji resurslarının bu kəmərlə daşımalara cəlb olunmasının əhəmiyyətini xüsusi qeyd ediblər. Prezidentlərin fikrincə, bu rakursda Transxəzər kəmərlər layihələri də böyük perspektiv vəd edir
XS
SM
MD
LG