Accessibility links

Ermənistan tərəfi azərbaycanlı əsiri azad edib


Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Dağlıq Qarabağda saxlanılan azərbaycanlı hərbi əsir azad edilib. BQXK-nın Bakı ofisinin yaydığı məlumata görə, hərbi əsirin Azərbaycan tərəfinə verilməsi Ağdam rayonunun ərazisində həyata keçirilib. Azad edilməzdən əvvəl BQXK-nın əməkdaşları əsirin geri qayıtmaq istəyində olduğuna əmin olublar. Turan Agentliyinin məlumatına görə, azad edilən Əsir ötən ilin sonunda Füzuli istiqamətində əsir düşən 1976-cı təvəllüdlü Eldəniz Quliyevdir.. 1992-ci ildən başlayaraq BQXK-nin nümayəndələri Qarabağ münaqişəsi zonasında 661 nəfərin repatriasiyasında və azad olunmasında iştirak edib.
XS
SM
MD
LG