Accessibility links

  Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb


Bu gün Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Vardan Oskanyan arasında Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə danışıqların növbəti mərhələsi keçirilib. Azərbaycan xarici işlər nazirlyinin mətbuat və informasiya siyasəti idarəsinin birinci katibi Xəzər İbrahim «Amerikanın səsi» radiosuna bildirib ki, görüş ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirakı ilə keçirilib. Cənab İbrahim danışıqların detalları ilə bağlı məlumat verməsə də suala cavabda tərəflərin ümumi razılığa hələ yaxın olmadığını deyib. Birinci katib həmiçnin hələ prezidentəlrin görüşü üçün də əsaslı baza yaranmadığını diqqətə çatdırıb. Eyni zamanda, politoloq Rasim Musabəyov 2007-ci ildə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanacağına ümidin olmadığını deyib. O «Amerikanın səsi» radiosuna bilidirib ki, həmsədrlər Praqa prosesinin sönməməsinə çalışsa da Ermənistan tərəfi vaxt udur. Politoloq Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ səfərinin də münaqişənin nizamlanmasında irəliləyişə təkan verməyəcəyini fikirləşir. Onun sözlərinə görə, Azərbaycan xarici işlər nazirinin bu ilmartın 22-23-də ABŞ-a səfərində Dağlıq Qarabağ münaqişəsin ilə yanaşı başqa məsələlər də gündəlikdə olacaq. Cənab Musabəyov münaqişənin həlli ilə bağlı ABŞ və Fransanın mövqeyinin bəlli olduğunu desə də Ermənisitana ən çox Rusiyanın təsir edə biləcəyi reallığının nəzərə alınmasını vacibliyini önə çəkir.
XS
SM
MD
LG