Accessibility links

Ermənistana gedən təyyarə Bakıda yerə enməli olub


Turan Agentliyinin məlumatına görə, Rusiyanın "Sibir" şirkətinə məxsus Moskva-İrəvan reysini yerinə yetirən təyyarə Ermənistandakı kəskin qarlı hava şəraiti üzündən bu gün Bakı aeroportunda yerə enməyə məcbur olub. Turan Ag entliyi bildirir ki, Bakı aeroportunda erməni sərnişinlər üçün heç bir problem olmayıb və isti yeməklə təmin ediliblər. Bundan sonra təyyarə Tiflisə uçub və duman və qar yağması üzündən bağlanmış İrəvanın "Zvartnos" aeroportunun açılmasını gözləyir.
XS
SM
MD
LG