Accessibility links

Azərbaycan regionda sülh və sabitliyin tərəfdarıdır, yeni gərginliyin yaradılmasının əleyhinədir


Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqlarda hər hansı yenilik yoxdur. Bu barədə Xarici İşlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim bu gün keçirdiyi mətbuat konfransında bildirib. Mətbuat katibi “Amerikanın səsi” radiosunun “danışıqların indiyədək aparıldığı Praqa prosesinin münaqişənin nizamlanması üçün yol xəritəsi ola bilərmi” sualına isə birmənalı cavab verməyib. Onun fikrincə, danışıqların gələcək inkişafı üçün BMT Baş Assambleyasının bu günlərdə qəbul etdiyi və Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqləyən qətnaməsi başlıca meyar olmalıdır. Cənab İbrahim “Amerikanın səsi”nin sualının cavabında İranın nüvə proqramlarını genişləndirməklə bağlı bəyanatlarına da münasibət cavab verib. Mətbuat katibi Azərbaycanın regionda sülh və sabitliyin tərəfdarı olduğunu və yeni gərginliyin yaranmasının əleyhinə olduğunu bildirib. Öz növbəsində, politoloq Rasim Musabəyov isə İranın nüvə proqramının bir çox hallarda beynəlxalq ictimaiyyətin narazılığı ilə qarşılandığını deyib. Onun fikrincə, beynəlxalq ictimaiyyətin narazılığına səbəb olan belə proqramlar Azərbaycanı da narahat edir.
XS
SM
MD
LG