Accessibility links

«Gündəlik Azərbaycan» qəzetinin baş redaktoru həbs edilib


Bakının Yasamal Rayon Məhkəməsi Qaçqınlar və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Tatyana Çaladzenin xüsusi ittiham qaydasında irəli sürdüyü iddia ilə «Gündəlik Azərbaycan» və «Realnıy Azerbaycan» qəzetlərinin baş redaktoru Eynulla Fətulayevin iki il yarım həbsi ilə bağlı qərar qəbul edib.

Cənab Fətullayev 2005-ci ildə keçirilən bir internet forumda Xocalıdan olan məcburi köçkünləri xüsusilə ağır ititihamda günahlanldırma maddəsilə həbs olunub. Jurnalistin həbsi geniş narazılıqlara səbəb olub. Artıq onun hüquqlarının müdafiəsi ilə bağlı ictimai müdafiə komiitəsi yaradılıb və əllildən çox tanınımış hüquq-müdafiəçisi, ziyalı və jurnalist komitəyə qoşulub.

Vəkil İsaxan Aşurov həbs qərarını son vaxtların ən qanunsuz hökmü adlandırıb. Vəkilin sözlərinə görə, məhkəmə Azərbaycanın üzərinə götürdüyü çoxsaylı beynəlxalq öhdəlikləri də pozub. Hüquq müdafiə təşkilatları da cənab Fətullayevin həbsini siyasi adlandırıb. Onların fikrincə, jurnalistin həbsi hakimyyətin Avropa demokratiyasına qarşı addımıdır.

Cənab Fətullayevin həbsilə bağlı ölkənin çoxsaylı siyasi partiyaları və ictimai qurumları bəyanatla da çıxış edib. Müsavat partiyasının başqanı İsa Qəmbər jurnalistin həbsini hökumətin söz azadlığına qarşfı səlib yürüşü adlandırıb.

AXCP sədri Əli Kərimli hökumətin bu siyasətini siyasi represiya kimi qiymətləndirir. Onun fikrincə, belə həbslər hakimiyyətin süqutunu sürətləndirəcək.

İqtidarda olan YAP isə əks fikirdədir.

Jurnalistin hüquqlarını ictimai müdafiə komitəsi də həbsi siyasi sifyariş adlandırıb. Komitənin üzvü, «Media Hüquqları» institutunun direktoru Rəşid Hacılı komitənin etiraz aksiyaları keçirəcəyini də istisna etmir.

XS
SM
MD
LG