Accessibility links

«Gündəlik Azərbaycan» qəzetinin ofisində və qəzetin baş redaktorunun evində axtarış keçirilib 


«Cündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin evində və qəzetin ofisində Milli Təhlükəsizlik nazirliyinin əməkdaşları axtarış aparıb. Cənab Fətullayev bu il aprelin 20-də Cinayət Məcəlləsinin böhtan maddəsilə iki il altı ay müddətinə həbsə alınıb. Onun baş redaktoru olduğu qəzetlərin isə iki gün öncə Fövqəladə Hallar nazirliyi tərəfindən qapıları möhürlənib. Fətullayevin evinin yaxınlığında baş verənləri müşaiyyət edən jurnalistlər güclə hadisə yerindən uzaqlaşdhırılıb, Mülki geyimli şəxslər kimliyi barədə məlumat vermədən jurnalistlərə qarşı gobudluq edərək onları təhqirdən belə çəkinməyib. Qəzetin ofisində isə axtarışdan sonra çoxsaylı komputerlər istintaq orqanı tərəfindən götürülüb. MTN-nin ictimaiyətlə əlaqələr şöbəsinin rəisi Arfi Babayev bildirib ki, Eynulla Fətullayevin mənzilində və qəzetin redaksiyasındakı kabinetində axtarışlar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsi tərəfindən açılmış cinayət işi ilə əlaqədar aparılır. Onun sözlərinə görə, iş mayın 16-da CM-in 214-cü (terror təhlükəsi) maddəsi ilə açılıb. Bu təhlükənin konkret nədən ibarət olduğunu Babayev deməyib. Hüquq müdaifəçiləri jurnalistin evində və qəzetin ofisində aparılan axtarışı mətbuat azadlığına qarşı təhlükə kimi qiymətləndirir. Onların fikrincə, ölkədə mətbuata təzyiqlər günbəgün artır. Axtarışı uzaqan jurnalistlə birgə izləyən deputat Pənah Hüseyn son hadisələrin böyük tirajla çap olunan qəzetin çapının dayandarlmasına yönəldiyini bildirib. O hökuməti baş verənlərlə bağlı cəmiyyəti inandıracaq açıqlama verməyə çağırıb. Eynulpa Fətullaeyivn hüquqlarını ictimai müdafiə komitəsinin sədri Arzu Abdullayeva əgər Fətullayevə qarşı cinayət işi başlanıbsa, Fövqəladə Hallar nazirliyinə bunun nə dəxli var deyə sual edir. O bununla iki gün öncə həmin nazirliyin binada texniki təhlükəsizliyə görə yalnız qəzetin redaksiyasının fəaliyyətini dayandırmasına işarə edib. Qeyd edim ki, nədənsə texniki təhlükəli binada hazırda həm sakinlər yaşayır, həm də biznes qurumları fəaliyyətini davam etdirir. «Turan» Agentliyinin direktoru Mehman Əliyev son dövrlər mətbuata və jurnalistlərə qarşı təzyiqləri 2008-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqələndirir. Onun qənaətincə, prezident seçkiləri kampaniyası başlayanadək fəal qüvvələr maksimum zəiflədiləcək. Hakim «Yeni Azərbaycan» partiyasının icra katibinin müavni, deputat Səyavuş Novruzov isə Milli Məclisin bu günki iclasında baş verənləri sadəcə insanlara böhtan atanların cəzalandırılması adalandırıb və burada siyasi məqamlar axtarmağı əbəs sayıb. Elə bu gün ABŞ-ın Azərbaycandakı səfirliyi mayın 20-də «Realnıy Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetlərinin ofisinin bağlanması qərarı ilə bağlı dərin narahatlını bəyan edib. «Son aylar jurnalistlərə qarşı zorakılıq, hədə, böhtan məhkəmələri və həbslər daxil olmaqla, yer alan silsilə hadisələrin ardınca, bu iki mühüm mətbuat orqanının bağlanması Azərbaycanın mətbuat azadlığı sahəsində bəyan etdiyi öhdəliklərə zidd təmayülün davamıdır». Səfirlik Azərbaycanının bey2nəlxalq təşkilatlar qarşıüsında öhdəliklər götürdüyünü də yada salır.«Azərbaycan hökumətini təkidlə «Realnıy Azerbaydjan» və Gündəlik Azərbaycan qəzetlərinin fəaliyyətini bərpa etməsi üçün dərhal addımlar atmağa və mətbuatın demokratik prosesdəki mühüm rolunu yerinə yetirməkdə vacib olan şəraitə dəstək verməyə çağırırıq».
XS
SM
MD
LG