Accessibility links

Azərbaycanın İqtisadi İnkişaf naziri vəzifədən çıxarılıb


Prezident İlham Əliyevin sərəncamı ilə iqtisadi inkişaf naziri Fərhad Əliyev vəzifəsindən azad edilib. Cənab Əliyevin vəzifəsindən uzaqlaşdırılmasının səbəbəi barədə hər hansı rəsmi açıqalama verilməyib. Dövlət başçısının digər sərəncamı ilə Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət komitəsinin sədri Heydər Babayev yeni iqtisadi inkişaf naziri təyin edilib. Heydər Aydın oğlu Babayev 1957-ci ildə Bakı şəhərində doğulub. 1980-ci ildə T.Şevçenko adına Kiyev Dövlət Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakultəsini bitirib. Keçmiş SSRİ Xarici İqtisadi Əlaqələr Bankında idarə rəisinin müavini, Sovet-Bolqarıstan birgə maliyyə şirkəti olan "Bolqarsovinvest"in SSRİ üzrə rəhbərinin müavini, Rusiyanın "Vneşekonombank"ın Türkiyədə baş nümayəndəsi, "Mostbank"ın vitse-prezidenti və bu bankın Böyük Britaniyada baş nümayəndəsi olub. 1999-cu ildən Azərbaycan prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədridir. Fərhad Əliyevin qardaşı Rafiq Əliyev ölkənin benzin satışı üzrə ən iri şirkəti «Azpetrol»un prezidentidir. Qeyri-rəsmi məlumatlara görə, bu gün Rafiq Əliyev hüquq-mühafizə orqanları tərəfindən saxlanıb. Hazırda «Azpetrol»un mərkəzi ofisində Milli Təhlükəsizlik nazirliyinin əməkdaşları tərəfindən axtarış aparılır. Onu da qeyd edək ki, bir neçə gün öncə keçmiş maliyyə naziri Fikrət Yusifov da qanunsuz silah saxlama ittihamı ilə şübhəli şəxs qismində saxlanıb. Daxili İşəlr naziri Ramil Usubov bildirib ki, cənab Yusifovun evindən 100 min avro və 60 min ABŞ dolları götürülüb. Nazirin sözlərinə görə, sabiq maliyyə naziri müxalifətin qanunsuz aksiyalarının maliyələşdirilməsində iştirak edib. Hazırda hüquq-mühafizə orqanları istintaq hərəkətlərini davam etdirir. Yerli ekespertlər hesab edir ki, ADP sədri Rəsul Quliyevlə bağlı son günlər baş verən hadlisələr hələ çox gizlincləri, belə demək mümkündürsə, ortaya qoyacaq. Ukraynanın Simferopol şəhərində isə oktyabrın 17-də İnterpol tərəfindən saxlanan Azərabycan parlamentinin keçmiş spikeri Rəsul Quliyevin ekstardiyisası üzrə üzrə məhkəmə iclası davam edir. Sabah məhkəmə son qərarını verəcək. ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavesi isə Azərbaycanda siyasi vəziyyətin pisləşməsi və onun seçki təbliğatına mümkün təsirindən narahat olduğunu bəyan edib. Cənab Pavesinin bildirib ki, zorakılıq hallarının artması, nümayişçilərə qarşı həddən artıq və əsassız gücün tətbiq edilməsi, eyni zamanda, sual doğura biləcək saxlama və kütləvi həbs halları narahatçılığın əsas səbəblərindəndir. Bu Avropa prinsiplərinə uyğun gəlmir və 11 may tarixli prezident fərmanı ilə ziddiyyət təşkil edir. 16-17 oktyabr tarixində hüquq mühafizə orqanları 200 müxalifət tərəfdarını saxlayıb və ölkədən çıxarılmış ADP sədri Rəsul Quliyevin güman edilən Bakıya qayıdışı ilə əlaqədar ən azı 86 adamı həbs edib. Rəsul Quliyevin ailəsinin bəzi üzvləri, ADP-nin tərəfdarları və bir sıra qeydiyyatdan keçmiş deputatlığa namizədlər polis tərəfindən saxlanıb». ATƏT-in təmsilçisi güman ediri ki, parlament seçkilərinə cəmi iki həftə qalmış hökümət Azərbaycanda onsuz da gərgin olan siyasi atmosferin daha da ağırlaşmasının qarşısını almaq üçün təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən əməliyyatların vacibliyini əsaslandıracaq. O eyni zamanda, son nümayişlər zamanı jurnalistlərə qarşı hücum və digər xoşagəlməz halların tədqiqatında irəliləyişin olmaması və heç kimin məsuliyyətə cəlb edilməməsi ilə əlaqədar peşimançılıq hissini vurğulayıb.
XS
SM
MD
LG