Accessibility links

Sabiq iqtisadi inkişaf nazirinin cinayət işi 188.000 səhifədir


Mayın 15-də sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, onun qardaşı, «Azpetrol» şirkətinin sabiq rəhbəri Rafiq Əliyevin və digər 18 nəfərin məhkəməsi üzrə hazırlıq iclası olacaq. Əliyev qardaşları və digərləri 2005-ci ilin oktyabrında parlament seçkiləri öncəsi həbs edilib. Sabiq nazir və qardaşı dövlət çevrilişinə cəhdə hazırlıqda ittiham edilib və sonradan dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı başqa icraata ayrılaraq onların işi iqtisadi ittihamlarla məhkəməyə gönədərilib. Hazırda cinayət işi ilə yanaşı 164 fiziki şəxsə qarşı «əqdlərin etibarsız hesab edilməsi, dövlətin mülkiyyət hüququnun bərpası və dəymiş ziyanın ödənilməsi haqqında» mülki iddia irəli sürülüb. Fərhad Əliyevin hüquqlarını ictimai müdafiə komitəsi və vəkillər bu gün keçirdiyi mətbuat konfransında cinayət işini syasi adlandırıb. istintaq zamanı onlarla qanunun və beynəlxalq konvensiyanın pozulduğu qeyd edilib. İctimai müdaifə komitəsinin sədri, millət vəkili Cəmil Həsənli bildirib ki, istintaq prosesi başa çatdıqdan sonra da Fərhad Əliyev və digərlərinin hüquqları pozulmaqda davam edir. Cənab Həsənli Fərhad və Rafiq Əliyevin beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanındığını bildirib. Onun fikrincə, iş üzrə həbsdə olan digər şəxslər də siyasi məhbus hesab edilməlidir. İctimai müdafiə komitəsinin sədri cənab Əliyevin istintaq materiallarında «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı heç bir bənd olmadığı halda bu barədə rəy formalaşdırmağa çalışrıldığını da qeyd edib. Vəkili İsaxan Aşurov istintaq zamanı qanun pozuntularından danışıb. Onun fikrincə, Fərhad Əliyeə qarşı irəli sürülən ittihamlar təsdiqini tapmayıb. Vəkil Baş Prokurorun 1500 səhifəlik ittiham aktını bir günə oxuyaraq imzalamasına inana bilmir. Cənab Aşurovun sözlərinə görə, şahidlərə hətta Fərhad Əliyevin indiki iqtidara münasibəti ilə bağlı sual da verilib. Vəkil Ağır Cinayətlərə dair məhkəmənin müdafiə tərəfi üçün qeyri bərabər şərait yaratdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, şahidlərin və zərəçəkənlərin belə siyahısı vəkillərə təqdim olunmur. Vəkil Əlimərdan Sadıqovun sözlərinə görə, müdafiə tərəfinə 347 cild təşkil edən 188 000 səhifəlik cinayət işini öyrənmək üçün cəmi 25 gün vaxt verilib. O həmçinin vergi yoxlamaları haqqında sənədələrin üzünü çıxarmağa imkan verilmədiyini bildirib. Cənab Sadıqov çoxsalyı insanın mülkiyyət hüququnun pozulduğundan da danışıb. Vəkil Adil İsmayılov öz hüquqlarının gobud şəkildə pozulduğunu və Fərhad Əliyevin müdafiəsindən uzaqlaşdırıldığını bildirib. Onun sözlərinə görə, istintaq hesab edir ki, Fərhad Əliyev özəlləşdirməni qanunusuz həyata keçirib, yəni bazar qimyətlərinə uyğun qiymtələndirmə aparmayıb. Halbuki bütün obyektlərin qiymətləndirilməsi Nazirlər Kabinetinin müəyyən etdiyi normativlər üzrə myəyyən edilib. Vəkil Elton Quliyev məhkəmənin siyasi siyarişə uyğun nəticələnəcəyinə əmindir. O Əliyev qardaşlarının xarici ölkə vətəndaşlarıt olan vəkillərinin məhəkəmədə iştirakına qadabğa qoyulduğunu deyib. Öz növbəsində prokurorluq deyilənləri əsassız adlandırır. Baş prokurorluq dəfələrlə istintaqın qanun çərçivəsində aparıldığını bəyan edib.
XS
SM
MD
LG