Accessibility links

Vəkillər Azərbaycanın sabiq iqtisadi inkişaf nazirinin məhkəməsində qanun pozuntularından danışıb


Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, qardaşı «Azəpetrol» şirkətinin sabiq rəhbəri Rafiq Əliyev və digər 17 nəfərin məhkəmsinə hazırlıq iclası çoxsaylı qanun pozuntusu ilə başa çatıb. Bu barədə Fərhad Əliyevin hüquqlarını ictimai müdafiə komitəsinin sədri Cəmil Həsənli bu gün keçirdiyi mətbuat konfransında bildirib. Fərhad Əliyev və digərlərinin məhkəmə prosesi mayın 30-na təyin edilib. Cənab Həsənli məhkəmənin siyasi sifariş yerinə yetirdiyini deyib. Onun sözlərinə görə, azad mətbuatın, hüquq-müdafiəçilərinin, beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələrinin məhkəmə prosesinə buraxılmaması buna bir daha sübutdur. O məhkəmənin hazırlıq iclasında Fərhad Əliyevin qaldırdığı çox ciddi məsələlərin araşdırılmadığını bildirib. Cəmil Həsənli cənab Əliyevin istintaq zamanı ona edilmiş 100 milyon dollar rüşvət müqabilində azad buraxılması təklifi ilə bağlı ifadəsini də yada salıb. Vəkil Elton Quliyev məhkəmə heyətinin müdafiə tərəfinin vəsatətlərini araşdırmamasından təəsüflənir. Onun fikrincə, hazırlıq iclasında məhkəməyə xas olan bütün prinsiplər pozulub. Vəkil məhkəmədə baş verən qanun pozuntuları haqqında Fərhad Əliyevin hüquqlarının pozulması ilə bağlı Avropa məhkməsinə ünvanlanmış işə əlavələr göndəriləcəyini deyib. Onun sözlərinə görə, hazırda Avropa Məhkəməsi Azərbaycan hökumətindən izaht istəyir. Huquq müdafiəçisi Leyla Yunus Fərhad Əliyev və digərlərinin artıq siyasi məhbus olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, həmin şəxslərə qarşı irəli sürülmüş ittihamlara müraciət etmədən belə, baş verən qanun pozuntuları bunu mütləqləşdirib. «Avropa Şurasının, BMT-nin sənələrinə görə, siyasi məhbus o şəxslərdir ki, ona qarşı qanunun və beynəlxalq normaların prinsipləri pozulur. Hazırlıq iclasında azad mətbuatın, hüquq müdafiəçilərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakına imkan verilməməsi, çəkişmə prinsipinin pozulması, ifadələrin araşdırılmaması buna bir sübutdur. İnsanın hətta cinayət törətməsindən asılı olmayaraq ona qarşı bu norma və prinisplər pozulubsa o siyasi məhbus sayılır. İttihamlar açıq və ədalətli məhkəmədə araşdırılmalıdır». Vəkil İsaxan Aşurov məhkəmənin hətta cinayət işinin materiallarından surətlər çıxarmağa belə icazə vermədiyini, heç kimin tanımadığı «Xəcalət» adlı qəzetin müxbirini iclas zalına buraxdığı halda, müstəqil və müxalif mətbuatın bir müxbirinin belə məhkəməyə buraxılmamasını ədalətsizlik adlandırıb. O sabiq səhiyyə naziri Əli İnsanovun Azərbaycan məhkəmələri haqqında dediyi məşhur sitata da müraciət edib. Öz növbəsində, Respubliuka Proukurorluğu Fərhad Əliyev və digərlərinin istintaq işlərinin qanun çərçivəsində aparıldığını dəfələrlə bəyan edib. Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev isə sabiq nazirlərin korrupsiya ittihamı ilə həbs edildiyini bəyan edib.
XS
SM
MD
LG