Accessibility links

Azərbaycanın Baş Prokuroru dövlət çervilişi cəhdinə görə on iki nəfərin həbs edildiyini bildirib


Azərbaycanın baş prokuroru Zakir Qaralov Bakıda bioterror təxribatının törədilməsinə cəhd göstərən iki xarici vətəndaşın həbsilə bağlı yayılan məlumatları təkzib edib. Onun sözlərinə görə, Bakının Xətaii rayonunda su hövzəsi yaxınlığında saxlanmış xarici vətəndaşlar ifadə verdikdən sonra buraxılıb. Cənab Qaralov bildirib ki, prokurorluq parlament seçkiləri zamanı baş vermiş qanun pozuntuları ilə bağlı 16 cinayət işi qaldırıb. «Onlardan 6-ı üzrə istintaq başa çatıb və materiallar məhkəməyə göndərilib. Bundan əlavə noyabrın 26-da MSK 9 seçki dairəsinin 29 məntəqəsində baş vermiş pozuntulara dair materialları Baş Prokurorluğa verib. Hazırda həmin faktlar üzrə də təhqiqat aparılır». Baş Prokuror bu ilin oktyabrında dövlət çevrilişinə hazırlıq ittihamı ilə həbsm edilən şəxslərlə bağlı da açıqlama verib. O Amerikanın səsi radiosunun sualının cavabıqnda öildirib ki, İqtisadi İnkişaf, Səhiyyə nazirliklərində və "Azərkimya" Dövlət Şirkətində yoxlamalar davam edir və yoxlamalar zamanı korrupsiyaya faktları üzə çıxıb. Qeyd edəfk ki, ötən il oktybarın 19-dan sonra bu cinayət işi iş üzrə 12 nəfər həbs olunub. Baş Prokuror Azretrol şirkətində vergi yoxlamalarının aparıldığını da təsdiqləyib. Şirkətin keçmiş rəhbəri Rafiq Əliyev hazırda həbsdədir. «Yozlama zamanı milyonlarla dolların vergidən gizlədilməsi faktı müəyyən edilib. Yoxlamalar başa çatdıqdan sonra konkret ittihamlar irəli sürüləcək»-deyə o qeyd edib. Cənab Qaralov Amerikanın səsi radiosunun sualının cavabında Monitor juürnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı cinayət işinin istintaqına da toxunub. Onun sözlərinə görə, Azərbaycan bir daha Gürcüstan prokurorluğuna sorğu göndərib.
XS
SM
MD
LG