Accessibility links

Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri ABŞ-Azərbaycan danışıqlarının detallarının açıq olmadığını bildirir


AXCP sədri Əli Kərimli ABŞ Dövlət katibi ilə Azərbaycan xarici işlər nazirinin danışıqlarının detallarının müxalifət üçün açıq olmadığını bildirib. O danışıqlarda Dağlıq Qarabağ münaqişəsi, regional təhlükəsizlik, enerji və islahatlarla bağlı müzakirələrin nəii əhatə edəcəyini şərh etməkdə çətinlik çəkir. AXCP sədri hesab edir ki, ölkədə islahat aparılmır. «Ötən ilki parlament seçkilərinin nəticələri, seçkiqabağı vəziyyət və seçkilərdən sonrakı durum bunu bir daha təsdiq edir. Sahibkarların həbsi, yeni siyasi məhbuslar siyahısı ölkədə islahatlardan xəbər vermir».
XS
SM
MD
LG