Accessibility links

Azərbaycanda "Aqrobiznesə investisiyalar" mövzusunda  konfrans keçirilib


Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi, BMT-nin Ərzaq və Kənd TəsərrüfatıTəşkilatı "Aqrobiznesə investisiyalar" mövzusunda beynəlxalq konfrans keçirib. Kənd təsərrüfatı naziri İsmət Abasov bildirib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı idarəsi ilə birgə İpəkçiliyin bərpası, marketinqin təşkili, kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətliliyinin artırılması, arıçılığın və camışçılığın inkişafı üzrə layihələr hazırlanıb. Nazir eyni zamanda çoxsaylı laiyhədlərin həyata keçirlidiyini də deyib. BMT-nin Ərzaq ıə Kənd Təsərrüfatı Təşkilatının Avropa üzrə Regional nümayəndəliyinin təmsilçisi Raymund Yehlenin fikrincə, investisiyalar əsasən meyvə və tərəvəz emalı sahəsinə gözlənlir və bu məhsulların ixrac bazarının axtarılması müzakirə mövzusu olacaq.«Azərbaycanın ümmudnya ticarət təşkilatına üzvülüyə qəbulu da müzakirə ediləcək. Bu baxımdan ərzaq və kənd təsərrüfatı məhsullarının istehsalına investisiyaların qoyuluşu intensivləşdirilməlidir. İxrac ediləcək məhsulların MDB və beynəlxalq bazarlara çatdırılması sahəsində yardımlar diqqət mərkəzində olmalıdır. Emal səviyyəsi nə qədər çox olarsa məhsulların alınması və gəlirlərin artımı da bir o qədər çox olar. Azərbaycanda kənd təsərrüfatının investisiya cəlbi potensialı böyükdür. Əsas investorları cəlb etmək üçün şaquli koordinasiya məsələlələri həll olunmalıdır. İnvestisiya mühitnin təkmilləşdirilməsi sahəsində də bəzi işlər görülməlidir. Kiçik fermerlər arasında assosasiyaların yaradlıması, kənd təssərüfatı sahəsində çalışan əhali qrupları ilə məhsulların emalı ilə məşğul olan assosasiyalar arasında şəbəkələr yaradılması və əlaqələrin genişləndirilməsi vacibdir». İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərovun sözlərinə görə, ölkənin iqtisadi fəal əhalisinin 40%-i ÜDM-in cəmi 10%-i istehsal edir, hərçənd ki, aqrar və aqrosənaye istehsalının inkişafı və ixracı potensialı kifayət qədər yüksəkdir. Bu potensialın həyata keçirilməsi üçün 2002-2006-cı illərdə Sahibkarlığa Kömək Milli Fondundan aqrar sektora 38,9 mln. Yeni Azərbaycan manatı məbləğində güzəştli kreditlər verilib. Nazir müavini bildirib ki, kənd təsərrüfatında özəl sektorun çəkisi 99,7 faiz təşkil edir və məhsul istehsalının artırılması, rəqabətin dərinləşdirliməsi üçün müxtəlif proqramlar həyata keçirilir. Konfransda Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, eyni ilə yerli bankların nümayəndələri iştirak edib.
XS
SM
MD
LG