Accessibility links

«Azərbaycanda gender münasibətləri: tendensiyalar və problemlər» adlı hesabat açıqlanıb


«Azərbaycanda gender münasibətləri: tendensiyalar və problemlər» adlı hesabatın təqdimatı olub. Hesabat Norveç hökumətinin maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı və Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanıb.Sənəd Azərbaycanın bütün bölgələrini əhatə edən 10 foks qrupunda 1500 insan arasında keçirilən sorğu əsasında tərtib edilib. Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, insan potensialının inkişafı konsepsiyasının effektivliyi gender baxımından balanslaşdırılmış dövlət siyasətinin hazırlanmaından, gender məsələsinə həssas olan vətəndaş cəmiyyətinin qurulamısndan, gender bərabərliyi ideaysının adi həyat tərzinə çevrilməsindən asılıdır. «Yalnız gender bəarbərliyi təmin edilmiş cəmiyyətlərdə 21-ci əsrin azad insanını formalaşdırmaq mümkündür». BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisi Bruno Pueza hesab edir ki, Azərbaycan cəmiyyətdə qadınlara daha böyük rol verməkdə yüksək göstəricilərə malik olması ilə fəxr edə bilər. «Hesabat bir güzgü kimi Azərbaycan reallıqlarını əks etdirir. Tarix göstərir ki, islam aləmində ilk qızlar məktəbi Azərbaycanda açılıb. Azərbaycan Demokratik Cümhuriyyəti hələ 1918-ci ildə qadınlara səsvermə hüququ verən ilk dövlətlərdən olub. Bu ənənə 1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini bərpa etdikdən sonra da davam etdirilib. Qadınlar və kişilərin hüquqları ölkə konstitusiyasında qorunur və Azərbaycan BMT-nin «Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Aradan Qaldırılmasına dair Konveensiya»sını ratifikasyia edib». Bununla yanaşı, ölkədə gendier məsələsində problemlər də mövcuddur. Hesabatda foks qruplarına istinadən problemlər sırasında bunlar göstərilir. «Bəzi hallarda qadın kişidən çox zəhmət çəkir, ehtiyac içində yaşayan qadınlar kişilərdən daha çoxdur, müasir şəraitdə qadınlar işi deyil, iş qadınları seçir, kağız üzərindəki qanunlar real həyatda qadına münasibətdən çox fərqlidir, indiki dövrdə yaxşı ər tapmaq loteraya udmaq kimi bir şeydir, ailədə ev işləri qadının üzərinə düşür, hakimiyyət kişiyə məxsusdur, qadın ərinə qulaq asmasa ailə dağılar». BMT-nin İnkişaf Proqramının beynəlxalq məsləhətçisi Ayşe Ayata Azərbaycanda gender sahəsinədə ən ciddi problem kimi ailədə kişi və qadının bərabər olmamasını göstərir. Ekspertin fikrincə, paytaxt və bölcələrdə gender məsələlərinə münasibət fərqlənir. Ancaq, Azərbaycanda bu münasibətlər Türkiyə ilə müqaisədə daha mütərəqqidir. Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfəroğlu dövlət vəzifələrinə qadınların daha az irəli çəkilidyini və onların hökumətin qərarlarının qəbul etmə mərhəlsində təmsil olunmadığını deyir. Deputat Elmira Axundova isə hökumətin qadınların dövlət vəzifələrinə irəli çəkilməsi ilə bağlı məsələni müzakirə etdiyini bildirib. Onun sözlərinə görə, bu proses artıq başlayıb. Qadın və kişi zorakılığı, ailədə əmək bölgüsü ilə bağlı apardığım sorğuda iştirak edənlərin cavabları sanki cəmiyyətdəki müxtəlifliyi əks etdirir. Bir də, kişilər qadın zoraklığı ilə bağlı sualımı yalnız gülüşlə qarşılayıb.
XS
SM
MD
LG