Accessibility links

ABŞ prezidenti Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib


ABŞ prezidenti Corc Buş Qurban bayramı münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə təbirik məktubu göndərib. C.Buş bayram münasibətilə Amerika xalqı adından Azərbaycanın dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırır, Allaha qurban kəsmək adət-ənənəsini yaşadan bu bayramın dinə olan inamı bütün formalarda qeyd etməyə imkan verdiyini vurğulayır. ABŞ prezidenti ABŞ-Azərbaycan münasibətlərini yüksək dəyərləndirir, siyasi və iqtisadi təsisatlarını inkişaf etdirmək naminə Azərbaycan hökumətinə sadiq qaldığını bildirir. "Mən Azərbaycanda insan hüquqlarını, o cümlədən dini azadlığı dəstəkləməklə birgə fəaliyyətimizin davam etdirilməsini səmimiyyətlə arzu edirəm" - deyə ABŞ prezidenti qeyd edir.
XS
SM
MD
LG