Accessibility links

GUAM dövlətlərinin sülhməramlı hərbi və polis qüvvələrinin yaradılması müzakirə olunur


Bakıda Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM-ın dövlət başçılarının ikinci zirvə görüşü çərçivəsində işgüzar görüşlər keçirilib. İqtisadi, təhlükəsizlik və humanitar sahəni əhatə edən işgüzar görüşlər müvafiq protokolların imzalanması ilə nəticələnib.

İqtisadi yönümlü qurumlar blokunda GUAM dövlətlərinin iqtisadiyyat, energetika, rabitə, nəqliyyat nazirlərinin və gömrük xidməti rəhbərlərinin, hüquq-mühafizə və təhlükəsizlik blokunda milli təhlükəsizlik, daxili işlər, fövqəladə hallar nazirləri, prokurorluq, sərhəd və gömrük xidməti rəhbərləri, humanitar blokda təhsil, mədəniyyət, turizm, gənclər və idman nazirləri, milli elmlər akademiyalarının rəhbərləri görüşüb.

Bu gün GUAM Xarici İşlər Nazirləri Şurasının və GUAM İşgüzar Şurasının iclaslı da olub, GUAM–ABŞ, GUAM–Yaponiya görüşləri keçirilib. Görüşlərdən sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, xarici işlər nazirləri müzakirələrin nəticəsi olaraq dövlət başçılarının müzakirəsinə təqdim ediləcək məsələləri razılaşdırıb.

Nəqliyyat, nəqliyyatın bütün növləri ilə yükdaşımalar, mədəniyyət, humanitar, təhlükəsizlik. nüvə, radiasiya təhlükəsizliyi sahəsində və sabah prezidentlərin imzalayacağı Bakı bəyannaməsi razılaşdırılıb. Bununla yanaşı, GUAM-ın beynəlxalq təşkilatlarda fəaliyyətinin qarşılıqlı əlaqəlndirilməsi, BMT TŞ-nin gündəliyinə salınmış GUAM ölkələrindəki münaqişənin müzakirəsi ilə bağlı aparılacaq işlər, təşkilatın 2007-2008-ci il üçün fəaliyyət planı və büdcəsi təsdiq olunub.

Nazir həmçinin ilk dəfə olaraq GUAM –Yaponiya danışıqlarını və artıq intensiv xarakter almış GUAM-ABŞ danışıqlarını qeyd edib. «Bizim ABŞ-la intensiv xarakter almış məsləhətləşmələr çox müvəffəqiyyətlə başa çatıb. Bu yaxınlarda çox yəqin ki, tərəflərin marağında olan məsələlərin razılaşdırılması ilə bağlı birgə bəyannamə imzalancaq. Yaponiya isə nəqliyyat, energetika, Avropa –Asiya dəhlizi, ekologiya, ətraf mühitin mühafizəsi məsələlərinə böyük maraq gösətrir və bu ilin sonunadək Tokioda «Enerji texnologiyalarının qorunması» mövzusunda seminar keçirəcək.

GUAM-Polşa əməkdaşlığı ilə bağlı isə prezidentlər səviyyəsində məsləhətləşmə aparılacaq». Gürcüstanın xarici işlər naziri Gela Bejiaşvili GUAM-ın gücünün və birliyinin ümumi demokrpatik prinsiplərə eyni baxışının oolmasında görür.«Bu qanunun aliliyi, demokratiya və demokratik institutların inkişaf etldirilsməsi, azad cəmiyyətin qurulmasıdır. İkinci əsas məqsədimiz iqtisadi əməkdaşlıqdır ki, bu sahədə artıq konkret layihələrdən söhbət gedir. Üçüncü əsas sahə isə təhlükəsizlik sahəsində əməkdaşlıqdır. Burada söhbət GUAM-ın sülməramlı qüvvələrinin yaradılmasından gedir. GUAM-ın həm hərbi, həm də polis sülhməramlı qüvvələrinin yaradılması danışıqların mövzusudur. Sülhməramlı qüvvələr həm də öz kontingentində sülhməramlı əməliyyatlarda iştiarak etməlidir. Bu məqsədlə ekspertlər səviyyəsində məsləhətləşmələr başlayacaq».

Ukrayna xarici işlər nazirinin müavini Andrey Veselovski əməkdaşlığın iqtisadi hissəsinə diqqət çəkib. O, ötən ildə GUAM ölkələri arasında mal dövriyyəsinin 2,5 milyard dollar həcmində olduğunu qeyd edib.

Azərbaycan Sənaye və Energetika naziri Natiq Əliyev bildirib ki, iqtisadi sahədə əsas müzakirə mövzularından biri - Odessa-Brodı enerji layihəsi və bu layihə üzrə konsorsiumun yaradılmasıdır. Onun sözlərinə görə, layihənin reallaşdırılmasında yalnız GUAM ölkələri yox, həm də Litva, Polşa və digər Avropa ölkələri maraqlıdır. Cənab Əliyev Odessa-Brodı layihəsində Bakı-Tbilisi-Ceyhan kəmərindən artıq qalan və hazırda Qara dəniz limanları vasitəsilə daşınan neftdən söhbət getdiyini bildirib.

Ukrayna Baş prokurorunun müavini Mixail Spşenko isə «Amerikanın səsi» radiosuna bildirib ki, GUAM dövlətlərinin güc strukturları müzakirlərin yekunu olarq terrorizmə qarşı birgə mübarizə sahəsində protokol imzalayıb. «GUAM güc strukturlarının rəhbərləri terrorizmə qarşı birgə mübarizə və təşkilat daxilində fəaliyyətlərin əlaqələndirilməsi məsələsini çox ciddiliyi ilə müzakirə etdi və fəaliyətlərin qarşılıqlı əlaqələndirilməsi sahəsində protokol imzaladı»-deyə o qeyd edib.

Sabah Bakıda GUAM dövlət başçılarının Sammiti keçiriləcək. Artıq Ukrayna, Gürcüstan prezidentləri və Moldovanın baş naziri Azərbaycana gəlib. Eyni zamanda, GUAM dövlət başçılarının Sammitinə qatılmaq məqsədilə Rumıniya, Litva və Polşa prezidentləri də Bakıdadır.

XS
SM
MD
LG