Accessibility links

Azərbaycanda yeni hakim korpusu təyin edilib


Dünən prezident İlham Əliyevin sərəncamı ilə birinci instansiya məhkəmələrə 221 hakim təyin edilib. Belə ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə 27, Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəməyə 6, Ağır Cinayətlərə Dair İşlər üzrə Naxçıvan MR Hərbi Məhkəməsinə 3, Bakı şəhərinin rayon məhkəmələrinə 59, digər 53 rayon məhkəmələrinə 69, respublika əhəmiyyətli şəhərlərin məhkəmələrinə 19, birinci İnstansiya İqtisad məhkəmələrinə 14, hərbi məhkəmələrə 20 hakim təyin olunub. Yeni təyin olunmuş hakimlər bir neçə ay ərzində testlərdən və müsahibələrdən keçib. Bəs, yeni hakim korpusunun təyinatı məhkəmə hakimiyyətinin azad, ədalətli və siyasi təsirlərldən kənar qərarlar qəbul etməsinə təkan verəcəkmi? Mütəxəsislərin fikrincə bu sual hələ də açıq qalır. Bəzi ekspertlər məhkəmə hakimyyətində köklü islahatların yalnız siyasi iradədən asılı olduğuna inanır. Ali Məhkəmənin hakimi Müzəffər Ağazadə yeni təyinatların hakim korpusunun gücləndirilməsinə xidmət etdiyini bildirib. Onun sözlərinə görə, 221 yeni hakimin təyanatından sonra belə, 150 hakim yeri tutulmamış qalır. Cənab Ağazadənin fikrincə, məhkəmələrlə bağlı qanunlar Avropa standartlarına tam uyğundar və Avropa Şurasının ekspertlərinin müsbət rəyini alıb. Ancaq hakim korpusunun korrupsiyaya qarşı münasibətini həyat göstərəcək. Azərbaycan Hüquqşünaslar Forumunun həmsədri İntiqam Əliyev hesab edir ki, təkcə hakim korpusunun təyinatı ilə məhkəmələrdə köklü islahatların baş verəcəyini gözləmək əbəsdir. Onun fikrincə, qanunvericilikdə dəyişikliklər edilməli və hakimlərin seçki prosesi şəffaflaşdırılmalıdır. Cənab Əliyev düşünür ki, hələ də məhkəmələrin toplaşmaq, söz və mətbuat, seçki azadlıqları ilə bağlı iddialarla müstəqil baxağağı sual altındadır. Hüquq müdafiəçiləri də məhkəmələrdə köklü islahatların olacağına şübhəli yanaşır. Hüquq müdafiəçisi Murad Sadədinov məhkəmə sisteminin qanunların tətbiqini ədalətli həyata keçirmədiyini deyir. Onun sözlərinə görə, əhali arasında da məhkəmələrə inam itib.
XS
SM
MD
LG