Accessibility links

İranda etirazlar inqilabi hərəkata keçməyib


Bakı Dövlət Universitetinin müəllimi, tarixçi-alim Natiq Məmmədli İranda prezident seçkilərindən sonra baş verən qarşıdurmanı 1979-cu il islam inqilabı ilə müqayisənin doğru olmadığını düşünür. Onun fikrincə, hazırda İranda inqilabi hərəkat yoxdur, sadəcə saxtalaşdırılmış seçkinin nəticələrini ictimai etiraz edilir. “Nə Mir Hüseyn Musəvinin şüarlarında, nə də ictimai etirazlarda teokratik rejimin devrilməsindən söhbət getmir. Burada teokratik rejimin müəyyən çərçivədə demokratikləşməsi istənilir”.
Tarixçi-alim İranda ordunun xalq hərəkatına qarşı çıxacağına da inanmır. “Belə ki, ordunun müdaxiləsi ilə hakimiyyətin dəyişdirilməsi praktikası İranda mövcud deyil. Belə praktika bir qayda olaraq Pakistanda və 20-ci əsrdə Türkiyədə olub”-deyə o qeyd edib.
Cənab Məmmədli İranda hazırda geniş sosial narazılığın olduğunu bildirib. Onun fikrincə, nə hazırkı rejim, nə də Mir Hüseyn Musəvinin proqramı xalqın sosial istəklərini geniş əhatə etmir. “Xalqların sosial, milli-etnik arzuları Mir Hüseyn Musəvinin proqramında da tam əksini tapmadığından İranda etnik azlıqların yaşadığı vilayətlərdə etirazlar geniş vüsət almır”, - deyə o qeyd edib.

XS
SM
MD
LG