Accessibility links

Numan Rights Watch Azərbaycanda seçkiqabağı vəziyyətlə bağlı tənqidi hesabat yayıb


Numan Rights Watch qeyri-demokratik seçkiqabağı situasiya ilə bağlı Azərbaycan hakimiyyətinin ünvanına olduqca kəskin hesabat dərc edib. Təşkilatın hesabatında deyilir ki, Azərbaycan hakimiyyətinin müxalifətdən olan deputatlığa namizədlərə və onların tərəfdarlarına münasibətdə yürütdüyü zorakılıq və qorxu kampaniyası parlament seçkilərinin azad və ədalətli olacağına ümid qoymur. "Müxalifətin tərəfdarları döyülürsə, namizədlərə təşviqat aparmağa imkan verilmirsə insanlar azad səs verə bilməz. Görünür, bizi Azərbaycan tarixində dəfələrlə baş vermiş seçki saxtakarlığı və pozuntularının təkrarı gözləyir"- deyə sənəddə qeyd edilir. Hesabatda kütəlvi həbslər, döyülmələr və qorxutma formalarına dair faktlar, habelə seçkiqabağı təşviqata maneçiliklər və KİV-in açıq hökumətyönümlü təşviqatla məşğul olması qeyd olunur. «Bütün bu şərait səsvermənin nəticələrinə hələ erkən olaraq ümidləri qırır" - deyə təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktoru Xolli Kartner bildirir. Sənəddə deyilir ki, Azərbaycandakı seçki kampaniyası polis zorakılığı və özbaşına həbslər təcrübəsinin mahiyyətidir. «Bakının mərkəzində mitinq keçirmək istəklərinə görə müxalifətin yüzlərlə fəalı döyülür və saxlanır. Belə mitinqlərin çoxsaylı iştirakçıları ictimai asayişi pozmaları adı ilə inzibati cəzalar alır. Hakimiyyət gənclər hərəkatlarının fəallarını xüsusi amansızlıqla təqib edir, onları saxlamağa və təqiblərə məruz qoyur. Mövcud rejimin zorla dəyişdirilməsinə hazırlıqda ittiham edilən müxalifətçi "Yeni Fikir" Gənclər Birliyinin üç fəalının həbsi xüsusi narahatlıq doğurur». Hesabatda bildirilir ki, hakimiyyət hökumətyönümlü namizədlərin xeyrinə seçkiqabağı təşviqata açıq şəkildə müdaxilə edir. «Mərkəzi və yerli seçki komissiyaları yalnız hökumət tərəfdarlarından təşkil edilib. Bütün bunlara baxmayaraq hökumət seçki komissiyalarının tərkbinin dəyişdirilməsi də daxil olmaqla seçki saxtakarlığının qarşısını almaq üçün beynəlxalq birliyin təkliflərini nəzərə almayıb. Yerlərdə icra qurumları və hüquq-mühafizə orqanları müxalifət və müstəqil namizədlərə seçicilərlə görüşlərə imkan vermir. Belə namizədlərin seçki qərargahlarının əməkdaşlarını polis saxlayır və siyasi fəallıqlarının arzolunmazlığı barədə xəbərdarlıq edilir. Sadəcə olaraq hökumət azad və ədalətli seçkilər istəmir»- deyə X.Kartner qeyd edir. «Biz sadəcə olaraq qorxuruq ki, bu etiraz mitinq və nümayişçilər üçün qanıl repressiylara başa gələ bilər". Beynəlxalq birlik seçkilərin azad və ədalətli keçirilməsi üçün az səy göstərmir. Odur ki, biz Azərbaycan hökumətini müxalifəti və müstəqil fəalları sıxışdırmamağa, sərbəst toplaşmaq azadlığını təmin etməyə, seçki günü xof yaratmaqdan çəkinməyə çağırırıq.
XS
SM
MD
LG