Accessibility links

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri ekoloji vəziyyətin yaxşılaşdığını bildirir


Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Hidrometerologiya Departamentinin inkişafı sahəsində işlər davam etdirilir, yeni aparatlar quraşdırılır. Artıq ölkədə hidrometeoroloji proqnozların dəqiqliyi 92-94 faizə çatdırılıb. Bu barədə ekologiya və təbii Sərvətlər naziri Hüseyn Bağırov bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə son illər geologiya sahəsində irəliləyişlər əldə edilib. 2001-2005-ci illərdə qırxadək yeni faydalı qazıntı yatağı aşkar edilib. Onların bir neçəsi artıq istismara verilib. Nazir meşələrin genişləndirilməsinin davam etdiridiyini bildirib.«Hər il 4 000 ha yeni meşə salınır, 5000 ha meşə ərazisi təbii bərpa olunur. Son illər 30.000 ha meşə salınıb». Onun dediyinə görə, 72.000 ha meşə fonduna daxil olmayan yerlərdə də meşələr var. Nazir ölkədə meşələrin qırılmasının kifayət qədər azaldığını bildirib. Bu əhali arasında aparılan təbliğat və inzibati tədbirlər nəticəsində mümkün olub: "Dövlət sifarişilə meşə qırıntısı bütövlükdə dayandırılıb. 2005-ci ildə üç yüzdən çox meşə işçisi vəzifəsindən azad edilib və bunların 26 nəfəri vəzifəli şəxslərdir". H.Bağırov 2000 meşə gözətçisinin olduğunu və onların cəmi 165 min manat əmək haqqı aldığını da diqqətə çatdırıb. O, artıq mebel sənayesində istifadə olunan xammalın 98 faizinə qədərinin xaricdən gətirildiyini bildirib. Ötən il mebel sənayesi üçün xaricdən 65 milyon dollar hcmində xammal gətirilib. Nazir mühafizə olunan ərazilər sahəsində də uğurlar əldə edildiyini deyib. Onun sözlərinə görə, ölkə ərazisinin 12 faizini milli parklar təşkil edir. Bu, yüksək göstəricidir. Milli parklarda turist mərkəzləri, ofis binaları tikilir, muzeylər yaradılır. H.Bağırov Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində təbii sərvətlərin istismarı ilə bağlı vizual kadrların olduğunu deyib: "Artıq bu sahədə ikinci hesabat hazırdır. Azərbaycan hökukməti hazırda hüquq şirkəti müəyyənləşdirir və bununla bağlı Beynəlxalq Məhkəməyə müraciət edəcək. Azərbaycan işğal olunmuş ərazilərdəki qızıl yataqlarınin işlənməsilə bağlı PR İnvestment şirkətilə saziş imzalayıb və hüquqlar bu şirkətə verilib. Ancaq şirkət nədənsə hüquqlarını qorumaq yolunda hər hansı addım atmır. Nazir Azərbaycanda da təbii sərvətlərin istismarında vəziyyətin yaxşı olmadığını da bildirib: "Xüsusilə tikinti üçün xammal təşkil edən təbii sərvətlərin istismarında lisenziylarşdırma sərtləşdirilməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi sui-istifadə halları ilə bağlı cərimələr tətbiq edir və bu bəs etmir". O eyni zamanda 2005-ci ildə paytaxtda 160 çoxmərtəbəli evin tikintisi üçün icazə verilmədiyini bildirib: "Lakin bir çox hallarda evlər tikiləndən sonra icazə üçün nazirliyə müraciət edilir. Çoxmərtəbəli evlərin tikintisinin nizamsız aparılması paytaxtda ekoloji gərginlik yaradır". H.Bağırov Abşeron yarımadasında 15.000 ha neftlə çirklənmiş ərazi olduğunu deyib. Nazirlik torpaqların təmizlənməsi ilə bağlı 5 proqram işləyib. Nazir Xəzər dənizinin əsasən Volqa çayının hesabına çirkləndiyini bildirib. Onun sözlərinə görə, Abşeronda da dənizdə qara ləkə var. "Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzərdə ekoloji vəziyyətin yaxşılaşması üçün daim işlər aparır. Bu yaxınlarda AA şirkəti nazirliyin iddiası ilə 200.000 ABŞ dolları cərimə edilib və cərimə ödənilib". O, ekoloji təhlükələrdən danışıb: "Qəbələ RLS və Kür çayının daşması gözlənilən ekoloji təhlükələrdir. Hesab edirəm ki, Kür çayının daşması zamanı yaranan təhlükəni aradan qaldırmaq üçün sahildəki yaşayış məntəqələri köçürülməli və sahil ərazisi çaya "bağışlanmalıdır". Nazir Azərbaycanın 18 beynəlxalq konfensiyaya qoşulduğunu bildirib: "İndi bir neçə konvensiyaya qoşulmaq üçün hazırlıq gedir. Onlardan biri "Heyvanların mühafizəsi" Konvensiyasıdır". H.Bağırov Azərbaykanda "quş qripi"nin kifayət qədər azaldığını deyib: "Bu il martın 31-də cəmi 6 quş ölüb. Son günlər isə quşların ölümü qeydə alınmır. Ancaq ölən quşlar arasında köçəri olmayan sərçə və qarğalar da var. Yazda həm də "quş qripi" qeydə alınmış Misir və Şimali Afrikadan quşlar Azərbaycana gələcək. Bu səbəbdən monitorinq davam etdirilir".
XS
SM
MD
LG