Accessibility links

Politoloq İranda inqilabi prosesin başlandığını bildirir


Politoloq Qabil Hüseynli İranda inqilabi prosesin başlandığını bildirir. Onun fikrincə, xalqın etirazları ilə siyasi elitanın etiraz edən hissəsi birləşib. “Bu proses İranda yeni siyasi və ali dini hakimiyyətin yenidən formalaşmasına yol aça bilər”.
Cənab Hüseynli hesab edir ki, Mir Hüseyn Musəvi səslərin yenidən hesablanması fikri ilə razılaşmayacaq. “Seçki bütövlükdə saxtalaşdırılıb. Səslərin yenidən hesablanacağı ilə bağlı bəyanatlar etiraz elektoratını sakitləşdirməyə xidmət edir. Seçki zamanı çoxsaylı insanın səs verməsinə imkan yaradılmayıb”.
Politoloq İranda yenidən seçki keçirilməsini də istisna etmir. “Ali dini rəhbər öz postunu qorumaq üçün bu addımı da ata bilər”.

XS
SM
MD
LG