Accessibility links

Azərbaycan prezidenti parlament seçkiləri ilə bağlı növbəti sənəd imzalayıb


Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər barədə sərəncam imzalayıb. Dövlət başçısı parlamentə təklif edir ki, nizamnamə kapitalında xarici fiziki və hüquqi şəxslərin payı 30 faizdən artıq olan və ya başqa cür maliyyələşdirilən qeyri-hökumət təşkilatlarının seçikiləri müşahidə etməsinə qadağanın götürülməsi məsələsini müzakirə etsin. Eyni zamanda, prezident Mərkəzi Seçki Komissiyasına tövsiyə edir ki, seçicilərin səsvermə günü seçki bülletenlərini aldıqları zaman barmaqların gözə görünməyən mürəkkəblə işarələnməsi qaydalarına dair müvafiq təlimatı qısa müddətdə hazırlayıb müzakirəyə çıxarsın. «Daxili İşlər Nazirliyinə və yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna uyğun olaraq siyasi partiyalara, siyasi partiyaların bloklarına və deputatlığa namizədlərə müəyyən olunmuş yerlərdə kütləvi tədbirlər və seçkiqabağı təşviqatın keçirilməsi üçün bütün zəruri şəraiti yaratsınlar. Baş Prokurora tövsiyə edilsin ki, seçki günü vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar Mərkəzi Seçki Komissiyasından daxil olan cinayət tərkibli olması ehtimal edilən məlumatları təcili araşdırsın və cinayət əməlləri törətməkdə təqsirli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsini təmin etsin». Sənəddə seçici siyahıları, seçicilərin şəxsiyyət vəsiqəsi ilə tam təmin edilməsi, deputalığa namizədlərin yol verdikləri qanun pozuntularının araşdırılması, məntəqələrin fasiləsiz rabitə və elektrik enerjisi təminatı ilə bağlı da müdəallar var. Müxaliftdə olan Azadılq seçki blokunun təmislçilərindən biri, AXCP sədri Əli Kərimli bildirib ki, dövlət başçısının sərəncamı seçkilərin nəticələrinə əhəmiyyətli təsir göstərcək. O Azadlıq blokunun bu sənədi demokratik qüvvələrin uğuru adlandırıb. Cənab Kərimli eyni zamanada demokratik qüvvələrin və dünya ictimaiyyətinin bir çox tələblərinin hələ də həllini tapmadığını diqqətə çatdırıb.
XS
SM
MD
LG