Accessibility links

Polşa prezidenti Azərbaycanda səfərdədir


Polşa prezidenti Lex Kaçinskinin Azərbaycana ikigünlük səfəri başlayıb. Azərbaycan və Polşa prezidentləri təkbətək, geniş tərkibdə görüşdən sonra birgə bəyannamə imzalayıb.

Prezidentlərin birgə mətbuat konfransında prezident İlham Əliyev bildirib ki, Azərbaycan-Polşa münasibətləri uğurla inkişaf edir. «Polşa NATO və AB üzvü olduqdan sonra Azərbaycanın Avropa strukturlarına inteqrasiyasına daim dəstək verir».

Cənab Əliyev Polşa dövlət başçısı ilə təkbətək görüşündə Qarabağ probleminin tənzimlənməsi problemlərinin, energetika sahəsində əməkdaşlıq imkanlarının, Azərbaycanın Avropa strukturlarına inteqrasiyasının müzakirə olunduğunu bildirib. O, Polşanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyib.

Öz növbəsində Polşanın dövlət başçısı qeyd edib ki, danışıqlarda ikitərəfli münasibətlər, Avropaya inteqrasiya, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu ilə bağlı məsələlərə dair açıq söhbət aparılıb.

Qaz sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə gəlincə cənab Əliyev bunun prespektivdə mümkün olduğunu qeyd edib. «Yaxın illərdə Azərbaycan Bakı-Tiflis-Ərzurum qaz kəməri vasitəsilə AB-yi bazarına qaz nəql edəcək. Artıq cari ilin sonuna Azərabycanın Avropaya müəyyən həcmdə qaz nəql etməsi mümkündür».

XS
SM
MD
LG