Accessibility links

Azərbaycanda ərzaq məhsullarının qiyməti artır


İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu ölkədə inflyasiyanın davam etdiyini bildirib. Onun sözlərinə görə, son zamanlar bir sıra ərzaq məhsullarının qiymətləri bahalaşmaqda davam edir. İqtisadçı qiymətlərin qalxmasının səbəbini idxalda qanunsuz halların olması ilə izah edir.
Ekspertin dediyinə görə, son bir ildə əhalinin əmək haqları və pensiyalarında artım qeydə alınmır. Belə bir halda qiymətlərin artması insanların sosial vəziyyətinin çətinləşməsinə səbəb olur. Qiymətlər ölkədəki orta əmək haqqı ilə tərs mütənasibdir. Bir uşağın minimum dolanışıq xərci 152 manat təşkil edir. Minimum pensiyalar 75 manat, orta əmək haqqı isə 300 manatdır.

XS
SM
MD
LG