Accessibility links

«Azadlıq» bloku beynəlxalq ictimaiyyəti Azərbaycanda insan hüquqlarına biganə qalmamağa çağırıb


"Azadlıq" siyasi bloku "Azərbaycanda insan hüquqlarının vəziyyəti" mövzusunda dəyirmi masa keçirib. Tədbirdə çoxsalyı qeyri-hökumət təşiklatının rəhbərləri, hüquq müdafiəçiləri, bir sıra beynəlxalq təşkilatların və diplomatik korpusların nümayəndələri iştirak edib. AXCP sədri Əli Kərimli bildirib ki, Azərbaycan hakimiyyəti ölkədəki bütün müstəqil instutlara qarşı total hücuma keçib. Onun sözlərinə görə, azad mətbuata qarşı aparılan qərəzli mübarizə isə artıq təhlükəli həddə çatıb. Cənab Kərimli son dövrlər islah əmək müəsisələrində, polis bölmələrində insanların işgəncə ilə qətlə yetirilməsinin narahatçılıq doğurduğunu da bildirib. Çıxış edənlər ölkədə insan hüquqlarının bütün sahələrdə pozulduğunu önə çəkib və bir çox natiqlər beynəlxalq təşkilatları insan hüquq və azadlığını dəstəkləməməkdə günahlandırıb. "Əmək Hüquqları" liqasının sədri Sahib Məmmədov işgəncələrin geniş vüsət aldığını deyib. "Sülh və Demokratiya" institutunun direktoru Leyla Yunus bütün beynəlxalq və yerli təşkilatları söz və mətbuat azadlığının müdaifəsi uğrunda birgə hərəkat yaratmağa çağırıb. Biz işgəncələri, məhkəmələrin qərəzliliyini və digər sahələrdə insan hüquqlarının gobud pozuntularını bilirik. Ancaq onun qənəaətincə, söz və mətbuat azadlığı olmadan heç bir sahədə mübarizə aparmaq mümkün deyil. Demorkat partiyasının funksioneri Qurban Məmmədov Azərbaycanda insanların yaşamaq hüququnun təhlükədə olduğunu bildirib. Onun baxışına görə, ölkədə dövlət terroru mövcuddur. Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöəsinin müdiri Əli Həsənov isə deyilənlərəi qərəz sayır. O Amerikanın səsəi radiosuna müxalifətin ilk öncə seçkilərdə məğlubiyyətinin səbəblərini araşdırmasının lazımlığını deyib. Şöbə müdiri müxalifət liderlərinin və qeyri-hökumət təşkilatlarının rəhbərlərinin dediklərininin fakta söykənmədiyini isə xüsusi vurğulayüıb.
XS
SM
MD
LG