Accessibility links

Hüquq müdafiəçiləri Azərbaycanda insan hüquqlarının vəziyyətini ağır qiymətləndirir 


Azərbaycanın İnsan Hüquqlarını Müdafiə Təşkilatlarının Monitorinq Qrupu və İnsan Hüquqlarını Müdafiə Federasiyasının təmsilçiləri ölkədə insan hüquqlarının vəziyyəti ilə bağlı mətbuat konfransı keçirib. Hüquq müdafiəçiləri «Demokrat» partiyasının keçmiş fəalı Faina Kunqurovanın həbsxanada ölümünü ölkədə insan hüquqlarının ağır vəziyyətinə son bir işarə adlandırıb. Hüquq müdafiəçiləri bu il həbsxanalarda üç nəfərin müəmma doğuran ölümünü xatırladıb. Bunlar sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin işi üzrə tutulan Əlihüseyn Şalıyevin, çoxsaylı insanın ölümü ilə nəticələnən binanın uçmasında ittiham edilən «Mütəfəkkir» şirkətinin prezidenti Əli Muradovun və siyasi fəal Faina Kunqurovanın müəmmalı ölümləridir. Hüquq müdafiəçisi Arzu Abdullaeyeva bildirib ki, bu ölümlərə görə hökumətlə yanaşı hamı məsuliyyət daşıyır. Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdaifə Cəmiyyətinin sədri Novella Cəfəroğlu ölkədə son illər insan hüquqlarının vəziyyətinin sürətlə ağırlaşdığını önə çəkib. Hüquq müdafiəçisi Səidə Qocamanlı ölkədə siyasi məhbus və söz azadlığına təzyiqlərlə bağlı məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Avropa qurumları qarşısında öhdəliklər götürsə də özünü Avropaya layiq partnyor kimi aparmır. Siyasi məhbusları bir tərəfdən həbsdən azad edir, digər tərəfdən yeni siyasi məhbuslar yaradır. Xanım Qocamanlı 2007-ci ilin hüquq müdafiəçiləri tərəfindən «söz azadlığına qarşı səlib müharibəsi ili» adalnıdırıldığını önə çəkib. Onun sözlərinə görə, hazırda 9 jurnalist həbsdədəir və hakimiyyət beynəlxalq təşkilatların müracəitlərinə məhəl qoymur. Hüquq Müdafiəçisi Səadət Bənənyarlı insanların sosial hüquqlarının ağırlaşdığına işarə edib. Onun fikrincə, korrupsiya, rüşvət, inhisarçılıq insanların həyatında ağır izlər buraxır. Hökumət isə məmurların əmək haqlarını bir neçə dəfə artırır, ancaq aztəminatlı insanların əmək haqlarında cüzi artımlar qeydə alınır. Xanım Bənənyarlı hazırki zamanda insanların mülkiyyət hüquqlarının pozuntularının geniş yayıldığıenı da diqqətə çatdırıb. Öz növbəsində, iqtilar təmsilçiləri insan hüquqlarına, söz və mətbuat azadlığına hörmət edildiyini bəyan edir. Prezidentin İcra Aparatının ictimai siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərin həbsinin prezidenti narahat etdiyini bildirib. Ədliyyə nazirliyinin Penitensiar xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə hüquq müdafiəçilərinin həbsxanalarlda insanların müəmmalı ölümü ilə bağlı dediklərini əsassız adlandırıb.
XS
SM
MD
LG