Accessibility links

Azərbaycanın təhsil müəssisələri ABŞ-ın “İNTEL” şirkətinin informasiya texnologiyalarından istifadə edəcək


Azərbaycanın Təhsil Nazirliyi ilə ABŞ-ın “İNTEL” şirkəti arasında təhsil sahəsində informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadəyə dair qarşılıqlı anlaşma və niyyət memorandumu imzalayıb. Təhsil naziri Misir Mərdanov bildirib ki, “İNTEL” şirkəti ötən il Bakı və Sumqayıt şəhərlərinin təhsil ocaqları üzrə 119 müəllimə məşğələ keçmiş, habelə şirkətin yardımı ilə “İNTEL: gələcək üçün təhsil” tədris vəsaiti Azərbaycan dilinə tərcümə edilib. M.Mərdanov imzalanacaq memorandum haqqında deyib ki, sənədə əsasən təhsil sahəsində müasir informasiya texnologiyalarından səmərəli istifadə olunması üçün proqramların hazırlanması, 3 minə yaxın müəllimin İKT ilə bağlı məşğələyə cəlb olunması, təhsil müəssisələrinə 1000 ədəd fərdi kompyuterin verilməsi, tədris vəsaitlərinin nəşri, proqramların əlaqələndirilməsi üzrə iş aparılacaqdır. “İNTEL” şirkətinin MDB ölkələri üzrə təhsil proqramının direktoru xanım Martina Ros təmsil etdiyi qurumun həyata keçirdiyi və nəzərdə tutulan tədbirlərdən bəhs edib
XS
SM
MD
LG