Accessibility links

İordaniya kralı II Abdulla Azərbaycanda səfərdədir


İordaniya kralı II Abdulla Azərbaycana səfərə gəlib. Kralla Azərbaycan prezident İlham Əliyev əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüş keçirib. Görüşdə ikitərəfli əlaqələr, müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib, Tərəflər Azərbaycan və İordaniya arasında qarşılıqlı siyasi münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib.

Prezident İlham Əliyev və Kral II Abdulla ikitərəfli əlaqələrin digər sahələrini də inkişaf etdirməyin zəruriliyini vurğulayıb, ticarət-iqtisadi əlaqələrin səviyyəsinin qaldırılmasının, gələcəkdə qarşılıqlı əməkdaşlığın daha genişləndirilməsinin vacibliyini bildirib. Görüşdən sonra dövlət başçıları mətbuat üçün brifinq keçirib.

Prezident İlham Əliyev kral II Abdullanın səfərini münasibətlərin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini bildirib. «Dünən və bu gün biz ikitərəfli münasibətlər, Yaxın Şərq regionunda və bizim regionda vəziyyətə dair çox faydalı və mühüm danışıqlar apardıq. Ermənistan-Azərbaycan münaqişəsinə ayrıca toxunuldu və bütün məsələlər üzrə qarşılıqlı anlaşma oldu." Cənab Əliyev yaxın illərdə iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da canlandıracağını diqqət çatdırıb. «Hazırda ölkələrimiz arasında ticarət dövriyyəsi çox da böyük deyil. Lakin hökumət nümayəndə heyətlərinin və iş adamlarının qarşılıqlı səfərlərindən sonra vəziyyətin dəyişməsinə nail olmaq istəyirik".

Kralı II Abdulla iki ölkə arasında əməkdaşlığın regional münaqişələrin həllinə müsbət təsir göstərəcəyini deyib. Azərbaycanla ticarət əlaqələrinin inkişafına ciddi yanaşdığını və bu əlaqələrin inkişafı üçün İordaniya dövləti tərəfindən bütün imkanları yaradılacay. Ümidvaram ki, qardaş ölkələr yanbayan çalışacaq və dövlətlərimiz üçün mövcud təhlükələri aradan qaldıra biləcək"- deyə kral Abdulla vurğulayıb. O, iqtisadi və digər sahələrdə ikitərəfli əlaqələrin inkişafı üçün "böyük" potensialın olduğunu da qeyd edib.

XS
SM
MD
LG