Accessibility links

Praqada “Cənub dəhlizi – Yeni İpək yolu” sammiti keçirilib


Praqada “Cənub dəhlizi – Yeni İpək yolu” sammiti keçirilib. Sammitdə Azərbaycan, Türkiyə, Gürcüstan prezidentləri, Avropa Komissiyasının sədri, Avropa İttifaqı Nazirlər Şurasının baş katibi, Avropa Komissiyasının energetika məsələləri üzrə komissarı, ABŞ-ın, Ukraynanın və digər ölkələrin, beynəlxalq iqtisadi və maliyyə qurumlarının nümayəndələri iştirak edib. Xəbəri AzərTac agentliyi yayıb.
Avropa İttifaqına sədrlik edən Çexiyanın Baş naziri Mirek Topolanek hazırda enerji məsələlərinin ən aktual problemlərdən biri olduğunu deyib. “Bu baxımdan “Cənub dəhlizi – Yeni İpək yolu” sammitinin xüsusi əhəmiyyəti var, tədbirin nəticələri səmərəli olacaq”.
Avropa Komissiyasının sədri Joze Manuel Barrozu isə Avropanın enerji təhlükəsizliyinin təminatı məsələlərindən danışıb.


XS
SM
MD
LG