Accessibility links

İran-Azərbaycan marşrutu üzrə narkotik daşıyan transmilli dəstə tutulub


Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində “İran-Azərbaycan” marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan iki qrup yaxalanıb. Nazirliyin ictimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev «Amerikanın səsi» radiosuna bildirib ki, əməliyyat nəticəsində külli miqdarla narkotik maddə aşkar edilərək götürülüb və dəstənin 9 üzvü saxlanıb. Transmilli mütəşəkkil dəstənin üzvlərində həmçinin silah və sursat da olub. İctimayyətlə Əlaqələr Mərkəzi bildirir ki, saxlanmış İran vətəndaşı Lətif Mehriban tərəfindən yaradılmış mütəşəkkil dəstə vasitəsilə 2004-2007-ci illər ərzində İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə 25 kiloqram heroin, 77 kiloqram digər ağır tərkibli narkotik vasitələr keçirilib. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən görülən tədbirlərlə vaxtaşırı həmin narkotiklər müsadirə edilib və dəstənin 37 üzvü, o cümlədən Azərbaycan Respublikasının 30, İranın 6, Gürcüstanın 1 vətəndaşı həbs olunub.

XS
SM
MD
LG