Accessibility links

Azərbaycanda İrandan gətirilən 231 kiloqram narkotik tutulub


Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi dekabrın 25-də İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotiklərin daşın­ma­sının qarşısı alıb, 231 kiloqrama yaxın narkotik vasitəni aşkar edərək götürüb.

MTN-in İctimai əlaqələr mərkəzindən məlumatına görə, İran və Azərbaycan vətəndaşlarından ibarət

mütəşəkkil dəstə külli miqdarda narkotik vasitəni Xəzər dənizinin Azərbaycana aid akvatoriyası istiqamətindən qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək satış məqsədilə İrandan Azərbaycana gətirib.
Faktla bağlı Cinayət Məcəlləsinin cinayət işi başlanılıb və dəstənin üzvləri barədə məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

XS
SM
MD
LG