Accessibility links

Azərbaycan məhkəməsi İrandan Avropaya 142 kiloqram narkotik keçirmək istəyən qrupa hökm oxuyub


Azərbaycanın Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəməsi Azərbaycan vasitəsilə İrandan Avropaya 142 kq heroin keçirməyə cəhd edən dörd Türkiyə vətəndaşı barəsində hökm çıxarıb. Müttəhimlər Nəsib Yılmaz Pakerler, Akgün Hüseyn Osman, Kılıçparlar Mehmet Acı, Aydar Cevdet Cinayət Məcəlləsinin mütəşəkkil qrup tərəfindən narkotik qaçaqmalçılığı, satış məqsədilə külli miqdarda narkotik əldə olunması maddələri ilə təqsirli bilinib və hər biri 15 il müddətinə azadlıqdan məhrum edilib.

Turan agentliyinin məlumatına görə, qrup gömrük rejimindən yayınaraq, Azərbaycana külli miqdarda narkotik keçirib. Daşınma Türkiyənin "Ünlü Kahramanlar" nəqliyyat firmasına məxsus yük maşınında həyata keçirilib. Narkotik İran ərazisində benzin bakında xüsusi saxlanma yerində gizlədilib. Maşın Astaradakı gömrük məntəqəsindən sərhəddi keçib və ötən il dekabrın 5-də Bakıya çatıb. Dekabrın 10-da maşının sürücüsü Nəsib Yılmaz Pakerler Bakı yaxınlığındakı Sulutəpə qəsəbəsində narkotiki qrupun digər üzvlərinə verib. Narkotiki 6 idman çantasına yığan qrup üzvləri onları "Mersedes" markalı avtomobilə qoyublar və bu zaman Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.

XS
SM
MD
LG