Accessibility links

İraqda Azərbaycan hərbçiləri «ABŞ Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadalarının Nailiyyət medalı» ilə təltif olunub


İraqdakı Azərbaycan sülhməramlı bölüyünün 4 zabiti mayor Hüseyn Daşdəmirov, kapitan Nəsimi Cavadov, kapitan Əlizamin Kərimov və baş leytenant Abdulla Abdullayev nümunəvi xidmətinə görə «ABŞ Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadalarının Nailiyyət medalı» ilə təltif olunub. Bu barədə Müdafiə nazirliyinin mətbuat xidməti məlumat yayıb. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin İraqda beynəlxalq qüvvələrin tərkibində 150, Kosovoda 34, Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin strukturunda isə 45 sülhməramlısı xidmət edir.
XS
SM
MD
LG