Accessibility links

İraqdakı Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri rotasiya olunub


Bu gün Azərbaycan Silahlı Qüvvələrinin 90 nəfər hərbi qulluqçusu Beynəlxalq Sülhməramlı Qüvvələrin tərkibində qulluq edən hərbçiləri əvəzləmək üçün İraqa yola düşüb. Bu barədə Müdafiə nazirliyinin mətbuat xidmətindən «Amerikanın səsi» radiosuna bildiriblər.

Məlumata görə, yaxın günlərdə İraqda rotasiya olunmuş hərbi qulluqçular Azərbaycana dönəcək. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları İraqın Əl-Hədit-Ha şəhərindəki Su Elektrik Stansiyasının mühafizəsini həyata keçirir. Bu Su Elektrik Stansiyası Bağdad şəhərinin 50 faizini, bütövlükdə ölkəninin isə 30 faizini elektrik enerjisi ilə təmin edir.

XS
SM
MD
LG