Accessibility links

Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri həbsdə olan sabiq nazirlərlə görüşüb


Azərbaycan İşgəncələr Əleyhinə Komitəsinin sədri Elçin Behbudov Milli Təhlükəsizlik nazirliyinin təcridxanasında saxlanan sabiq iqtisadi inkişaf və maliyyə nazirinə baş çəkib. O, keçmiş səhiyyə naziri Əli İnsanovun, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin və onun qardaşı, "Azpetrol" şirkətinin rəhbəri Rafiq Əliyevin, həmçinin keçmiş maliyyə naziri Fikrət Yusifovun saxlanma şəraitilə tanış olub. E.Behbudov Ə.İnsanov müstəntiqin yanında dindirmədə olduğundan onunla görüşə bilməyib. F.Əliyevlə görüş zamanı keçmiş nazir bildirib ki, səhhəti kəskin pisləşib. O, stenokardiya, qan təzyiqinin kəskin dəyişməsindən əziyyət çəkir. Bundan başqa əlləri əsir, barmaqlarının ucları saralıb. F.Əliyev istintaq çox ləng getdiyini deyib, həbs qəti imkan tədbirinin ev həbsilə əvəzlənməsini xahiş edib. Sabiq maliyyə naziri Fikrət Yusifov mədəaltı vəzi sahəsində ağrılardan şikayətlənib.
XS
SM
MD
LG