Accessibility links

Bakıda İslam ümmətinin həmrəyliyi mövzusunda konfrans keçirilir


Bakıda İslam Ümmətinin həmrəyliyi mövzusunda beynəlxalq konfrans açılıb. Qafqaz Müsəlmanları idarəsi və İranın Azərbaycandakı səfirliyinin dəstəyilə keçirilən tədbirdə Azərbaycan, Rusiya, İran, İraq, Səudiyyə Ərəbistanı, Şimali Qafqaz xalqlarının dini nümayəndələri, Azərbaycanda akreditə olan müsəlman ölkələrinin səfirləri, alimlər iştirak edib. Azərbaycan və İran dövlət başçılarının konfrans iştirakçılarına təbriki oxunub. Qafqaz Müsəlmanları idarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib ki, islam həmrəlyiindən düşmənçilik və ayrıseçkilik məqsədələri üçün istifaəd etmək olmaz. Onun sözlərinə görə, bütün Qafqaz xalqlarını islam amili birləşdirir və bu amidən regionda sülhün yaradılmasında istifadə etmək lazımdır. Şeyxülislam müsəlmanları radikal islamı qəbul etməməyə və terrorizmə qarşı birgə mübarizəyə çağırıb. Cənab Paşazadə islam dininə qulluq edən insanlardan və dövlətlərdən Azərbaycanın ərazi bütövlüyünün bərpası və Dağıstanda, Rusiyada, Çeçnistanda baş verən terorr hadisələrinin aradan qaldırılması uğrunda aparılan mübarizəni dəstəkləməyi xahiş edib. Onun sözlərinə görə, İslam Konfransı Təşkilatına üzv dövlətəlirin Ermənistanı işğalçı kimi tanımasına baxmayaraq bu dövlət hələ də Azərbaycanın işğal etdiyi ərazilərindən çıxmır. İslam Məzhəblərinin Yaxınlaşdırılması Assambleyasının baş katibi Ayətüllah Təxsiri islam ölkələrinin və dini məzhəblərin birliyinin vacibliyini deyib. Onun sözlərinə görə, düşmən məhz islam dini daxilində məzhəblərin bir-birinə münasibətin istifadə edərək müsəlmanları bir-birinə qarşı qoymaq istəyir. «İslam dünyası düşmənlərlə, demokartiyasının düşmənləri ilə, insan əxlaqının düşmənləri ilə üzləşib. Ümid edirəm ki, islam ölkələrinin birliyi sülhün bərqərar olmasında ,məzhəblərin birləşməsində bayraqdar rolu oynayacaq». Səudiyyə Ərəbistanının Azərbaycanda səfiri Əli Həsən Cəfəri Qafqaz regionunun əhalisinin islam barədə yüksək biliklərə malik olmadığını diqqətə çatdırıb. Onun fikrincə, din xadimləri xalqların maarifləndirilməsi istiqamətində ciddi iş aparlamlıdır. Azərbaycanda fəaliyyət gösətərən dini icmaların rəhbərli isə çıxışlarında bu ölkənin tolerantlıq sahəsində dünyaya nüumunə olduğunu bildirib. Xəzəryanı və Qafqaz Yeparxiyasının yepiskopu Aleksandr deyib ki, Azərbaycanda həm islam ümmətinin, həm xristian dinin məzhəbləri, həm də yəhudilərin dini icması sülh şəriitində ölkənin çiçəklənməsi uğrunda çalışır. «Azərbaycan xalqı tolerantlığa və müxtəlif sivilizasiyaların yaşadılmasına görə dünyanın bütün xalqlarına nümunədir. Biz dini icma rəhbərləri dünyada terrorizmə qarşı və Azərbaycan torpaqlarının işğaldan azad olunması istiqamətində birgə mübariəz aparırıq»-deyə o qeyd edib. Konfransda həmçinin «Ümmət dini təməl üzərində qurulan insan birliyi kimi», «İslam terroru və zorakılığı pisləyir», «Sülhpərvərlik və dözümlülük islam ümmətinin xüsusiyyətləri kimi», «İslamda sosial bərabərlik və insan haqları» mövzusunda məruzələr dinlənilib.
XS
SM
MD
LG