Accessibility links

Bakıda İslam Konfransı Təşkilatı hüquq-mühafizə orqanları rəhbərlərinin Konfransına hazırlıq iclası keçirilib


Bakıda İslam Konfransı Təşkilatı çərçivəsində hüquq-mühafizə orqanları rəhbərlərinin Konfransına hazırlıq məqsədilə ekspertlər səviyyəsində iki günlük görüş başlayıb. Görüş beynəlxalq terrorizm, silahların, narkotiklərin qeyri-qanuni dövriyyəsi, insan alveri, qeyri-qanuni miqrasiya, transmilli cinayətlər və təhdidlərin digər növləri, eləcə də, nəzarətsiz ərazilərdə beynəlxalq təhlükəsizlik və sabitliyə təsir edən cinayətlərin qlobal xarakter daşıdığını nəzərə alaraq, hüquq-mühafizə orqanları rəhbərlərinin Konfransının birinci sessiyasının rəhbər qaydalarının işlənməsi məqsədilə keçirilir. Azərbaycan hökuməti adından çıxış edən xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, təhdidlərin transmilli xarakterini nəzərə alaraq, İslam Konfransı Təşkilatı, digər beynəlxalq və regional təşkilatlar arasında cinayətkarlığa qarşı mübarizə və qarşılıqlı hüquqi yardım sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi diqqət yetirilməlidir. Nazir müavini aqressiv separatizm və terrorizmin Azərbaycanda ağır təsirlərindən də danışıb. Onun sözlərinə görə, Azərbaycan terrorizmin qurbanı olub. 1980-ci illərin sonlarından başlayaraq dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terror təşkilatları Azərbaycana qarşı ardıcıl terror aktları törədib.
XS
SM
MD
LG