Accessibility links

Azərbaycanda «İslamda dözümlülük» mövzusunda beynəlxalq konfrans keçirilib     


Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu və Qafqaz Müsəlmanları İdarəsi "İslamda dözümlülük" mövzsunda beynəlxalq konfrans keçirib. Tədbirdə Azərbaycanın milli məsələlər üzrə dövlət müşaviri, Milli Elmlər Akademiyasının prezidenti, Qafqaz Müsəlmanları İdarəsinin sədri, müsəlman ölkələrindən olan dinşünas alimlər və diplomatik missiyaların rəhbərlərəi iştirak edib. MEA-nın prezidenti Mahmud Kərimov bildirib ki, Azərbaycanda islam dinilə xristian və yəhudi dini əsrlər boyu yanaşı yaşayır. Onun fikrincə, insanların hansı dinə, mədəniyyətə mənsubiyyətindən asılı olmayaraq, başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə hörmət etməli, dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü olmalıdır. Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva qloballaşma dövründə islamda dözümlülük məsələsinin xüsusi aktullaq kəsb etdiyini bildirib. Onun qənaətincə, islam dini sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun zəruriliyini önə çəkir. Alim hesab edir ki, dinlərarası dialoqun da sərhədləri olmalıdır. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycanda dinlərarası dözümlülük və tolerantlıq münasibətlərinin dünya üçün nümunə olduğunu önə çəkib. Onun fikrincə, ölkədə dözümlülük və tolerantlıq tarixi-mənəvi ənənələrə əsaslanır. Cənab Paşazadə tolerantlığı böyük sərvət adlandırıb və insanları bu dəyəri qorumağa çağırıb. Milli məsələlər üzrə Dövlət müşaviri Hidayət Orucovun sözlərinə görə, Azərbaycanda heç vaxt dini, etnik və milli zəmində qarşıdurma baş verməyib. Dövlət müşaviri ölkədəki tolerantlıq təcrübəsinin öyrənilməsi üçün bu ilin payızında şərq və qərb alimlərinin iştirakı ilə geniş konfrans keçiriləcəyini bildirib. Dinşünas Alim Vasim Məmmədəlyiev islamda insanlara dininə, irqinə, dilinə görə fərq yoyulmadığını deyib. Onun sözlərinə görə, Azərbaycanda tolerpntlıq və dözümlülüyün əsasında islam durur. Konfransda həmçinin Azərbaycan dünyaya tolerantlıq örnəyi, Qloballaşma dövründə dinlərarası dialoq, Təfsir islamda tolerantlıq nəzəriyyəsi və başqa məruzələr dinlənilib.
XS
SM
MD
LG