Accessibility links

Azərbaycan jurnalistləri «Azad söz!» şüarı ilə etiraz aksiyası keçirib 


Bir qrup jurnalist «Azad söz!» şüarları ilə hüquqlarının pozulmasına etiraz olaraq icazəsiz piket keçirib. Polis aksiyanın Sabir bağında keçirilməyə imkan verməsə də piket «İçəri şəhər»də Qala divarları önündə olub. Piketin qətnaməsini «Gündəlik Azərbaycan» qəzetinin redaktoru Şahvələd Çobanoğlu oxuyub. Sənədə böhtan maddəsinin cinayət məcəlləsindən çıxarılması da tələb olunur. «Realnıy Azerbaydcan» qəzetinin baş redaktoru Eynulla Fətullayev nəhayətdə azad sözün qalib gələcəyinə əmindir. Onun sözlərinə görə, jurnalistlər gələcəkdə də etirazlarınfı davam etdirəcək. «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu ölkədə mətbuata qarşfı dözülməz vəziyyətin jurnalistləri küçələrə çıxmağa məcbur etdiyini bildirib. «Azadlıq» qəzetinin redaktoru Qənimət Zahid isə, yalnız etiraz aksiyaları ilə hakmiyyəti mətbata qarşı təzyiq siyasətinlən əl çəkməyə məcbur etməyin mümkünlüyünü diqqətə çatdırıb. Bakı şəhər Baş Polis idarəsinin ictimai təhlükəsizlik idarəsinin rəisi Şamil Seyidli piket zamanı insidentin qeydə alınmadığını bildirib. Ancaq polis bundan sonra da icazəsiz aksiyaların qarşısını almaqda israrlıdır.
XS
SM
MD
LG