Accessibility links

Azərbaycanda jurnalistin həbsi pislənir


Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin həbsi pislənməkdədir. Artıq jurnalistin hüquqlarını ictimai müdaifə komitəsinə çoxsaylı tanınmış ziyalılar, jurnalistlər, hüquq müdafiəçiləri, ictimai xadimlər, parlamentin 6 deputatı daxil olub.

Komitənin bu günki toplantısında jurnalistin müdaifəsi ilə bağlı kütləvi aksiyalar keçirilməsi barədə qərarlar qəbul edilib. Belə ki, jurnalistlər aprelin 24-dən başlayaraq hər ikinci gün saat 14-də Sabir bağında azad mətbuatın müdafiəsi məqsədilə piketlər və mayın 20-də ümumrespublika mitinqi keçirəcək.

Müdafiə komitəsinin sədri, tanınmış hüquq müdafiəçisi Arzu Abdullayeva jurnalistin həbsini Avropa Şurasının iki gün öncə Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə «yaxşı töhvə» adlandırıb. Jurnalistin həbsi beynəlxalq reaksiyalara da səbəb olmaqdadır .

Mərkəzi qərargahı Nyu-Yorkda yerləşən Jurnalistlərin Hüquqlarını Müdafiə Beynəlxalq Komitəsi baş redaktorun həbsini pisləyən bəyanatla çıxış edib. "Cənab Fətullayevin həbsi Azərbaycanda azad mətbuata qarşı artan represiyanın bir hissəsidir, Bu böhtan atmaqda ittihamlar üzrə məhkəmə iddialarının siyasiləşdirilməsi vasitəsilə həyata keçirilir. Ən pisi odur ki, cənab Fətullayev etmədiyi əmələrə görə mühakimə edilib. Buna görə də o dərhal azad edilməlidir" - deyə komitənin icraçı direktoru Coel Saymon bildirib.

XS
SM
MD
LG