Accessibility links

Jurnalistləri Müdafiə Təşkilatı Azərbaycanın üç xarici radiostansiyanın yerli tezliklərdə yayımına son qoymaq planından narahatdır


Mərkəzi qərargahı Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökumətinin gələn ildən üç xarici radiostansiyanın - “Amerikanın səsi”, “Azadlıq” və BBC radiolarının yerli tezliklərdə yayımına son qoymaq planından narahatdır.

Komitə bildirir ki, bu bəyanatla Milli Teleradio Şurasının rəhbəri Nuşirəvan Məhərrəmli çıxış edib, lakin yayımçılar özləri məsələ ilə bağlı rəsmi bildiriş almayıb. “Azadlıq” radiosunun Azərbaycan xidməti gün ərzində 10 saat yayımlanır. Bu, müxalifətə canlı efir verən çox az stansiyalardan biridir. Keçən il bu stansiya korrupsiya, səhiyyə, işsizlik, sosial və siyasi mövzularda ictimai debatları digərlərindən daha yaxşı aparıb. Üç xarici yayımçının yerli efirdən yox olması Azərbaycanı müstəqil xəbərlər forumundan kənarlaşdıracaq”,- deyə Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə layihə koordinatoru Nina Oqnyanova bildirib. “Hökumət bu radiostansiyaları milli tezliklərdən məhrum etməməlidir və bu tezliklərin yerli yayımçılara lazım olmasına istinadlar tənqidə belə davam gətirmir. Hakimiyyət bir neçə dəfə nümayiş etdirib ki, efirdə müstəqil səslərə dözmür”, -deyə xanım Oqnyanova əlavə edib.

XS
SM
MD
LG