Accessibility links

Azadlıq bloku İran hakimiyyətini insan haqlarına hörmət etməyə çağırır (audio)


Azərbaycan müxalifəti İranda Mir Hüseyn Musəvinin müdafiəsi və seçki saxtakarlığının aradan qaldırılması tələbi ilə bəyanatla çıxış edib. “Azadlıq” blokunun bəyanatında İran hakimiyyəti insan haqlarına, insanların toplaşmaq hüququna hörmət etməyə çağırılır. Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, Azərbaycan müxalifəti hər zaman İranda insan hüquqlarını və demokratik seçkilər keçirilməsini müdafiə edib. İndiki halda isə İran müxalifətinə və orada demokratiya, azadlıq uğrunda mübarizə aparan çoxmilyonlu azərbaycanlılara və digər millətlərə informasiya dəstəyi verməyə hazırdır. “Biz İran hakimiyyətini seçkilərdə müxalifətin haqqını tanımağa, xalqın demokratik seçki hüququna hörmət etməyə, toplaşmaq, media azadlıqlarına hörmətlə yanaşmağa çağırırıq”, - deyə qeyd edib.

XS
SM
MD
LG