Accessibility links

15 sentyabr - Beynəlxalq Demokratiya günüdür


Sentyabrın 15-i dünyada Beynəlxalq Demokratiya Günü kimi qeyd edilir. BMT-nin baş katibi Ban Gi Munun müraciətində bildirilir ki, demokratiya iqtisadi və sosial inkişafa, beynəlxalq sülh və təhlükəsizliyə, əsas hüquq və azadlıqların təmin edilməsinə böyük töhfələr verir.
Onun fikrincə, demokratiyanın universal prinsipləri özündə birləşdirməsinə, ən optimal siyasi-ictimai rejim kimi qəbul olunmasına baxmayaraq, onun möhkəmləndirməsi yolunda bir sıra problemlər mövcuddur. “Demokratik rejimlərin bərpa edilməsi və ya yeni rejimlərin yaradılması, zəif demokratik rejimlərin qorunması və hətta uzun zaman fəaliyyətdə olan demokratik institutların təkmilləşdirilməsi, məsuliyyət və əzm tələb edən işdir”.
Baş katib hesab edir ki, demokratik islahatların keçirilməsində ictimaiyyətin üzərinə böyük məsuliyyət düşür. “Beynəlxalq ictimaiyyət bu prosesdə dəstəkləyici qüvvə rolunu oynayır. Həqiqətən də, demokratik institutların yaradılmasında, seçkilərin keçirilməsində, qanunların tətbiq edilməsində və vətəndaş cəmiyyətinin möhkəmləndirməsində BMT-nin yardımına olan tələbat nəzərə çarpacaq qədər böyükdür. Bu tendensiya çox güman ki, belə qalmaqda davam edəcək”.

XS
SM
MD
LG