Accessibility links

Azərbaycan mətbuatında məlumat mənbəyinə istinadla bağlı problemlər var


Azərbaycan Jurnalist Qurumları Koalisiyası ABŞ səfirliyinin maliyyə dəstəyi ilə “Azərbaycan mətbuatında etik prinsiplərin gözlənilməsi” layihəsi üzrə 59 qəzet, jurnal və 3 internet saytında bu il fevralın 1-dən monitorinqə başlayıb. Monitorinqin üç ayliq yekunları ilə bağlı keçirilən mətbuat konfransında koalisiyanın üzvü Mehman Əliyev bildirib ki, layihənin məqsədi mətbuatdakı etik pozuntuları aşkarlayıb ictimaiyyətin nəzərinə çatdırmaq və jurnalistikada professionallığı yüksəltməkdir. Onun sözlərinə görə, monitorinqin nəticələri ilə ictimai fikirdə mətbuatdakı problemlərlə bağlı deyilənlər fərqlidir. Belə ki, mətbuat qarşısında duran ən ciddi problem məlumat mənbəyinə çata bilməməkdir. Layihənin rəhbəri İsrail Musayevin dediyinə görə, üç ay ərzində monitorinq qrupu Jurnalist Kodeksinin qəzetlərdə 18.715, internet saytlarında isə 783 pozuntusunu müəyyən edib. Pozuntuların 55,3 faizi obyektivliklə, 32,2 faizi məlumat mənbəyinə istinadla, 11,7 faizi isə şərəf və ləyaqət, şəxsi həyatın toxunulmazlığı ilə bağlıdır. Hüquqşünas Ələsğər Məmmədli hesab edir ki, təhlil etdiyi 35 məqalənin hamısında peşə davranış qaydaları pozulub. Məqalələrin 23-də birbaşa böhtan və təhqir, 12-də cinayət məsuliyyəti yaradan ifadələr var.
XS
SM
MD
LG