Accessibility links

Azərbaycanda əhali gəlirlərinin 7-8 faizini kommunal xərclərə sərf edir


ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə Kommunal Xidmətlərin Tənzimlənməsinə dair Komissiya Üzvlərinin Milli Assosiasiyası , Enerji Tənzimləyicilərinin Regional Assosiasiyası və Azərbaycan Tarif Şurası "Tənzimləmə və tariflər" mövzusunda beşgünlük seminar keçirir. Forumda Azərbaycanda kommunal xidmətlər sahəsində islahatlar və tarif məsələləri müzakirə edilir.

Beynəlxalq İnkişaf Agentliyinin nümayəndəsi Pol Devis bildirib ki, keçid dövrünü yaşayan ölkələrdə kommunal xidmətlərin islahatları çox vacibdir. "Bu sahədə islahatlar qeyri-neft sektorunun, rəqabət mühitinin, istehlakçıların hüquqlarının qorunmasına, davamlı inkişafa təkan verəcək. İslahatların əsas məqsədi tariflər, tariflərin keyfiyyəti, istehlakçılarla münasibətin, qaz və elektrik enerjisi ilə təminat sahəsində beynəlxalq standartların tətbiqidir. Beynəlxalq standartlara görə, əhalinin ümumi gəlirlərinin 20 faizə qədəri kommunal xərclərə sərf olunur".

Azərbaycan Tarif Şurası katibliyinin rəhbəri Elşən Əsədov əhalinin ümumi gəlirlərinin 7-8 faizini kommunal xidmətlərə xərclədiyini bildirib. Onun sözlərinə görə, bu qiymətlər əhalinin gəlirləri ilə müqaisədə yüksək deyil.

Cənab Əsədov həmçinin yaxın zamanlarda kommunal xidmətlərinin taariflərinin yüksəldilməsi məsələsinin gündəlikdə durmadığını bildirib. Onun dediyinə görə, xidmətlərin keyfiyyətində müsbət dəyişikliklər yaranıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov xidmətlərin keyfiyyətindən narazıdır. Onun fikrincə, kommunal xıdmətlər inhisarçı qrupların əlində cəmləşib və xidmətlər istehlakçıların tələbinə cavab vermir.

Sosial Hüquqların müdafiəsi koalisiyasının üzvü Mehman Əliyev hesab edir ki, kommunal xidmətlərin qiymətləri az təminatlı ailələrin gəlirlərində böyük rəqəmdir. Onun sözlərinə görə, məhz bu səbəbdən abonentlərin 30 faizindən çoxu kommunal xidmətlərin haqqını vaxtında ödəyə bilmir.

XS
SM
MD
LG