Accessibility links

Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə beynəlxalq konfrans keçirilir


«Korrupsiya ilə mübarizə və şəffaflığın artırılmasına dair Azərbaycan Milli Strategiyasının işlənməsi ilə əlaqədar ikigünlük beynəlxalq konfrans açılıb. Konfransı ABŞ Beynəlxalq İnkişaf Agentliyi, Korrupsiya ilə Mübarizə üzrə Azərbaycan Komitəsi, ABŞ-ın Azərbaycandakı səfirliyi, ABŞ Ədliyyə Nazirliyi, ATƏT, Avropa Şurası və Korrupsiyaya Qarşı Azərbaycan QHT Şəbəkəsi təşkil edib. Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı 2004-2006-cı illəri əhatə edib. Yeni qəbul ediləcək millli strategiya isə 2007-2010-cu illəri əhatə edəcək. ABŞ Ədliyyə departamentinin nümayəndəsi Kevin Felds bildirib ki, korrupsiya bütün dünyada zərərli nəticələrə malikdir. «Korrupsiyaya uğramış ölkələrdə investisiya mühiti zəif inikşaf edir, qanunun aliliyi təmin edilmir, hər bir insanın həyatına mənfi təsir edir». Onun sözlərinə görə, Azərbaycanın milli strategiyası həyata keçirilərsə qısa müddətdə mühüm irəliləyiişlərə nail olmaq mümkündür.«Çünki korrupsiyanın aradan qaldırılmasında Azərbaycan öz üzərinə həm mühüm öhdəliklər götürür, həm də beynəlxalq birlik bu işdə yaxın köməkçi olacaq». Milli Məclisin deputatı, korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın üzvü Bəxtiyar Əliyev korrupsiya ilə mübarizəyə dair qanunvericilik bazası, mövcud sahədə 2004-2006-cı illər dövlət proqramının başa çatması, ölkənin beynəlxalq antikorrupsiya təşəbbüslərini dəstəkləməsi haqqında məlumat verib. Onun sözlərinə görə, milli strategiyanın hazırlanmasında dövlət orqanları, QHT-lər, KİV-lər və beynəlxalq təşkilatlar yaxından iştirak edib. Korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın qanunvericiliyin təkmilləşdirilməsi üzrə işçi qrupununun sədri Səyyad Kərimov bildirib ki, korrupsiyaya qarşı mübarizə bütövlükdə cəmiyyətin işidir. Məhz, bu səbədən də milli strategiyanın müzakirəsində cəmiyyətin bütün təbəqələrinin təmislçidəri qatılıb. Cənab Kərimova görə, hazırda ölkədə korrupsiya mədəniyyəti mövcuddur, O hesab edir ki, antikorrupsiya mədəniyyətinin formalaşması, təhlükələrin qarşısınının alınması üçün bu zərərli mədəniyyətin anatomiyası dərindən öyrənilməlidir. Korrupsiyaya qarşı Mübarizə üzrə QHT şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyevtn fikrincə, Milli strategiya daha çox icra mexanizmlərinə malik olmalıdır. Onun dediyinə görə, bu sahədə mübarizə üçün artıq qanunvericilik bazası mövcuddur. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan üzrə koordinatoru Skott Teylor qeyd edib ki, qanunvericilik bazasının yaradılmasının ardınca qanunların effektiv tətbiqinin strukturu formalaşdırılmalıdır. «Beynəlxalq ictimaiyyət bilməlidir ki, cəmiyyət Azərbaycanı 2010-cu ildə necə görmək istəyir, bu ölkənin investorları kimlərdir, ölkə kimlərlə benyəlxalq partnyor olmaq istəyir». Cənab Teylor hesab edir ki, Azərbaycan qanunun aliliyi mədəniyyətini formalaşdırıb, yaxşı biznes mühiti yaradarsa tez bir zamanda beynəlxalq ictimaiyüyətə qovuşa bilər. «Azərbaycan həmçinin beynəlxalq biznesdə və antikorrupsiya icmaısnda hörmətini artırmalıdır. Bu həm də Beynqəlxalq Şəffaflıq Təşkilatında reytinq indeksinin artırlıması demək olardı. Ölkə beynəlxalq təcrüğbəni yaxından öyrənməlidir. Keçid dövrünün ikinci mərhələsində bəzi dövlətlər gələcəyə baxıb və artıq Avropa ailəsinə qovuşub. İnkişafa nail olmaq üçün hökumət sektoru islahatlara məruz qalmalı, güclü və azad məhkəmələr formalaşdırılmalı, vicdanlı parlamet və ədalətli hakimlər olmalıdır. Güclü vətəndaş cəmiyyəti və müstəqil media da inkişafın əaas təkanvericisidir. Burada prfesional jurnalistlərin olması da qeyd edilməlidir».
XS
SM
MD
LG