Accessibility links

Vəfa Quluzadə: Rusiya qoşunlarını sülhyaratma adı altında Azərbaycan ərazisinə qaytarmaq istəyir



ATƏT-in Minsk Qrupu həmsədrləri Ermənistan və Azərbaycan prezidentlərinin Moskva görüşünün və Ermənistan, Azərbaycan və Rusiya prezidentlərinin üçtərəfli görşünün yekunlarına dair bəyanatla çıxış edib.
Bəyanatda deyilir ki, Moskva görüşü səmimi və konstruktiv şəraitdə keçib, bu da tərəflərə “əsas etibarilə artıq razılaşdırılmış” təməl həll prinsipləri üzrə qalmaqda olan fikir ayrılıqlarını müzakirə etmək və aradan qaldırmaq imkanı verəcək.
Həmsədrlər bildirib ki, iyulda Madrid prinsiplərinin ABŞ, Rusiya və Fransa prezidentlərinin bəyannaməsinə uyğun şəkildə yenilənmiş variantının hazırlanması məqsədilə Krakovda işgüzar görüş keçirəcəklər.
Sentyabrda həmsədrlər sentyabrın sonu-oktyabrın əvvəllərində Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşünün təşkili üçün imkanları qiymətləndirmək məqsədilə regiona səfər etmək niyyətindədirlər.
Azərbaycanın xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri Vəfa Quluzadə həmsədrlərin bəyanatını “Amerikanın səsi” radiosuna şərh edib. Onun fikrincə, Madrid prinsipləri münaqişənin həllini deyil, Rusiyanın regionda maraqlarına xidmət edir. “Rusiya Azərbaycanın işğal altında olan bir neçə rayonunu qaytarmaq müqabilində öz qoşunlarını sülhyaratma adı altında Azərbaycan ərazilərində yerləşdirmək istəyir. Rusiya müstəmləkələrini geri qaytarmaq arzusu ilə yaşayır”-deyə politoloq qeyd edib.

XS
SM
MD
LG