Accessibility links

Azərbaycanda kütləvi məzarlıqlar aşkar edilib


Yeni Azərbaycan» partiyası Quba və Neftçala rayonlarında kütləvi məzarlıqların aşkarlanması ilə bağlı konfrans keçirib. Tədbirdə beynəlxalq təşkilatların, bir çox diplomatik korpusların nümayəndələri, deputatlar, arxeoloqlar və tarixçi ekspertlər iştirak edib. YAP sədrinin müavini Əli Əhmədovun sözlərinə görə, aşkar edilmiş məzarlıqlar ötən əsrin əvvəllərində erməni-daşnak ordusunun azərbaycanlı əhalini kütləvi şəkildə qətlə yetirməsinə bir daha sübutdur. Milli Elmlər Akademiyasının Arxeologiya və etnoqrafiya institutunun direktor müavini Nəcəf Müseyiblinin sözlərinə görə, bu günlərdə Quba şəhərindəki stadionda tikinti şirkəti qazıntı işləri apararkən kütləvi məzarlıq aşkarlanıb. Arxeoloqun fikrincə, məzarlıq arxeoloji tapıntı deyil və ötən əsrin əvvəllərində qətlə yetirilmiş insanların skletləridir. Cənab Müseyibli artıq Respublika Prokurorluğunun faktla bağlı araşdırmalara başladığını da diqqətə çatdırıb. Arxeloq stadinonda indiyədk 4 metr diametri, 5 metr dərinliyi olan iki quyunun aşkarlandığını deyib. Direktor müavini Neftçala ərazisində aşkar edilən kütləvi məzarlıqda qətlə yetiritlmiş çoxsaylı insanların dini qaydaya uyğun basdırıldığını bildirib.
XS
SM
MD
LG