Accessibility links

ALP lideri Azərbaycanda müxalifətin, söz və  mətbuat azadlığının boğulduğunu bildirib


ALP lideri, «Azadlıq» blokunun həmtəsisçisi, professor Lalə Şövkət ölkədə azad sözün təzyiqlər altında olduğunu bildirib. Onun sözlərinə görə, ölkədə Özbəkistan və Şimali Koreyaya doğru «irəliləyiş» var.

ALP ldieri mətbuat azadlığının pozulduğunu, jurnalistlərin təzyiqlərə məruz qaldığını, sərbəst toplaşmaq azadlığının, insan hüquqlarının pozulduğunu iddia edir. Onun sözlərinə görə, nə qədər pis olsa da Heydər Əliyev dönəmində hökumətin müxalifətə münasibəti indikindən dəfələrlə liberal idi. O, müxalifətin televizyilara çıxışının olmamasını, sözünü azad ifadə etməsi üçün toplaşmağa imkan verilməməsini, hətta rayonlara belə səfərlərinə imkan verilmədiyini vurğulayıb.

XS
SM
MD
LG